Ana səhifə İqtisadiyyat |
Pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılmasına qərar verilib.
Pambığın bir tonunun alış qiyməti, manatla:
|
2017-ci il (faktiki) |
2018-ci il (təklif olunan) |
1-ci növ |
500 |
600 |
2-ci növ |
470 |
580 |
3-cü növ |
440 |
540 |
4-cü növ |
400 |
500 |
Tarix
2017.12.14 / 11:28
|
Müəllif
Büllurə Yunus
|