Yuxarı

Bu bankın kartları bloklandı – Ekspertdən açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarı ilə 23 dekabrdan lisenziyası ləğv edilən “DəmirBank”ın bütün kartları bloklanıb. Bu da bağlanmış bank müştərilərinin və kredit kartı olanların ölkədə və xaricdə problem yaşamasına səbəb olub.

Axar.az-ın məlumatına görə, “DəmirBank” müştəriləri bildirib ki, sözügedən bankın kartından istifadə edə bilmirlər, ödəniş etmək və ya kartdan vəsait çıxarmaq olmur. Xaricə səfər edən bank müştəriləri daha pis vəziyyətə düşüblər.

Məlumata görə, hətta dünən xaricdə səfərdə olan “DəmirBank” kart sahibi şəxs restoranda olduğu zaman hesabı ödəyə bilməyib.

Bank eksperti Əkrəm Həsənov bildirib ki, bu məsələ istənilən ölkədə belədir. Bankın lisenziyası ləğv olundusa, məxaric əməliyyatları dərhal dayandırılır:

“Çünki bank müflis elan olunduğu təqdirdə kreditorlarının tələbi növbəlilik əsasında ödənilməlidir. Yalnız krediti olan bankın borcunu ödəyə bilər.

Əksinə, problem belə bankların illər boyu fəaliyyət göstərməsindədir. Təəssüf ki, bağlanan banklar var ki, hələ də fəaliyyət göstərir, əhali orada pulunu saxlayır. Əhalinin hüquqi və maliyyə savadı çox aşağı səviyyədədir, bundan sui-istifadə edilir. Buna görə də maarifləndirmə işlərinə geniş yer verilməlidir. Məhz bunun nəticəsində insanlar yaxşı və pis bankı özləri fərqləndirə biləcək”.

Tarix
2017.12.25 / 14:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla