Yuxarı

Azərbaycan fındığı Afrikaya satılacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Azərbaycan Afrika və ərəb ölkələrinə fındıq ixracına başlamaq niyyətindədir.

Bunu Trend-ə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan fındığının ümumilikdə 30 ölkəyə ixracı planlaşdırılır. Bu, əvvəlki illərlə müqayisədə daha çoxdur. 2016-cı ildə Azərbaycan 25 ölkəyə, 2017-ci ildə isə 27 ölkəyə fındıq ixrac edib: “2017-ci ilin 11 ayı ərzində biz xaricə 800 min tondan çox fındıq ixrac etmişik, dekabrda isə ilkin hesablamalara görə bu rəqəm 8 min tona yaxındır. Daha çox fındıq İtaliya, Rusiya və Almaniyaya ixrac olunur”.

Assosiasiya sədri qeyd edib ki, ixracın genişlənməsi üçün Xaçmaz və Zaqatala rayonlarında fındıq istehsalı və emalı üzrə bir neçə müəssisə tikilir. Onların tikintisi 2018-ci ilin sonunadək başa çatmalıdır.

Tarix
2018.01.09 / 20:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla