Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2018


Neftin qiyməti niyə artır? – Vahid Əhmədov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar dünya bazarında neftin qiymətinin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, bütün bunları nəzərə alan ABŞ Prezidenti Donald Tramp da məhz buna görə neft üçün mənfəət vergisini kəskin azaldaraq 35 faizdən 21 faizə saldı:

“Son zamanlar dünya bazarında neftin qiymətinin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədardır. Məhz buna görə də Amerika hələlik bazara neft çıxarmır. Əgər ABŞ müəyyən müddətdən sonra şist neftini bazara çıxararsa, onda bu, neftin qiymətinə təsirsiz ötüşməyəcək”.

Millət vəkili neftin bahalaşmasının digər bir səbəbinin isə ümumi razılaşmalarla bağlı olduğunu bildirib:

“OPEK və qeyri-OPEK ölkələri iyul ayına qədər neft hasilatını artırmayacaqlar. Bu da neftin qiymətinin müəyyən qədər artmasına səbəb olur. Əgər proses davamlı olarsa, marta qədər neftin qiymətində ciddi dəyişiklik baş verməyəcək. Ancaq bu vaxta qədər 1-2 dollar artım istisna edilmir”.

Qeyd edək ki, hazırda VTİ neftinin qiyməti 1 barrelinin dəyəri 64,30 dollar, “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 69,87 dollardır.

Tarix
2018.01.14 / 10:22
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Gələcək bu valyutanın olacaq - Ekspert

Prezidentdən struktur islahatları ilə bağlı daha bir - Fərman

“Kapital Bank” qalibləri mükafatlandırdı

Qazaxıstan parlamentində qızğın müzakirə: Azərbaycan bankı...

Bitkoin bir gecədə 25% ucuzlaşdı

Dollar bu gün neçəyədir? - Məzənnə

Neft ucuzlaşdı

Davos forumu: Gündəlik açıqlandı...

“Unibank”ın güzəşt müddətli kredit kampaniyası davam edir

Müşfiqabad qazsız qaldı – Problem həll edilir

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla