Yuxarı

“Kapital Bank” bankçılıq assosiasiyasının iclasında

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” 15-17 yanvar 2018-ci il tarixlərində Londonda keçirilən Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının və BAFT Assosiasiyasını Gələcək Liderlər Proqramı (Future Leaders Program) tədbirində iştirak edib. "Kapital Bank"ı tədbirdə Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrini icra edən Ağarza Baxşıyev təmsil edib.

Bankdan Axar.az-a verilən məlumata görə, BAFT-ın layihəsi çərçivəsində proqram iştirakçıları tərəfindən qabaqcıl maliyyə proqramları, kiber təhlükəsizlik, Big Data və süni intellekt, komplayens, risklər və maliyyə qurumlarının qarşısında dayanan bir sıra məsələlər müzakirə olunub və istifadə olunan praktik nümunələr barədə məlumatlar verilib. Proqramda iştirak edənlər tərəfindən sadalanan aktual məsələlər üzrə tədqiqatlar aparılıb. Həmçinin tədbirdə maliyyə sektoruna yeni texnologiyaların tətbiqi və həmin yeniliklərin necə qiymətləndirilməsi barədə də danışılıb.

Ümumi olaraq 4 qrupa bölünən layihədə 16 ölkədən 31 qurumun təmsilçiləri iştirak edib. May ayında Amerikada bitəcək silsilə tədbirlər zamanı, proqram üzrə bir sıra görüşlər və seminarlar təşkil olunacaq.

Qeyd edək ki, “Kapital Bank” 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. MDB ölkələri arasında “Kapital Bank” və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2018.01.22 / 10:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla