Yuxarı

Bakının bu bölgəsi ilə bağlı daha bir qərar – Mühüm imkan

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələtdə Azad İqtisadi Zonanın formalaşdırılması Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və beynəlxalq yükdaşımaların təşkil edilməsi baxımından çox vacib elementlərdən və islahatlardan biridir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, Ələtdə Azad İqtisadi Zonanın formalaşdırılması investisiyanın cəlb edilməsi baxımından vacibdir:

“Bu həm də mal və xidmətlərin ölkədən ixracatına və nəqlinə də təsir göstərəcək. Ələtdə formalaşdırılacaq zonanın digər azad iqtisadi zonalardan əsas fərqi isə bu zona ilə bağlı ayrıca bir qanunun qəbul edilməsidir. Artıq bununla bağlı işçi qrupu və qanun layihəsi hazırdır. Zonanın fəaliyyəti ayrıca bir qanunla tənzimlənəcək. Bu da imkan verəcək ki, zonadaxili bütün məsələlər qanun çərçivəsində həll edilsin. Bu, investorların hüquqlarının qorunması baxımından da vacibdir. Digər tərəfdən, xüsusi bir qanunun qəbul edilməsi ilə bu sahəyə daha çox investisiyanı cəlb etmək mümkün olacaq”.

Ekspert qeyd edib ki, burada əsas hədəflərdən biri bu zonada ticarət və yükdaşımaların təşkil edilməsi ilə yanaşı, həm də istehsalın həyata keçirilməsidir:

“Artıq xarici investorlarla bu istiqamətdə danışıqlar aparılır. Nəticədə zona həm də istehsalı təşkil edilmiş məhsulların ixracatına da imkan yaradacaq. Bu zona qeyri-neft sektorunun istehsalının və ixracatının təşkil və təşviq edilməsinə imkan verəcək. Güman olunur ki, zonanın yaradılması daha çox məhsullarımızın xarici bazara çıxarılmasına zəmin yaradacaq. Qanun qəbul edildikdən sonra zonanın tam aktiv fəaliyyətə keçəcəyini deyə bilərik”.

Qeyd edək ki, “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsində Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib. Belə ki, Azad Zonanın səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqil və öz büdcəsini təsdiq etmək hüququna malik olacaq.

Tarix
2018.01.23 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla