Yuxarı

“Bakı Ekspo 2025” Davosda təqdim edildi - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 23-də Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi bu şəhərin müxtəlif guşələri “Bakı Ekspo 2025”ə həsr olunan poster və banerlərlə bəzədilib.

Axar.az xəbər verir ki, “Bakı Ekspo 2025”in Davosda keçirilən təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başlayıb.

Sonra “Bakı Ekspo 2025”in işçi qrupunun rəhbəri Elçin Əmirbəyov çıxış edərək bildirib ki, Ümumdünya Sərgisi də Dünya İqtisadi Forumu kimi fikirləri bölüşmək üçün dünyanı bir araya gətirən vacib platformadır. “İnsan kapitalının inkişafı insanlara texnoloji və fərdi keyfiyyətləri yaxşılaşdırmaq imkanı verir”, - deyən işçi qrupunun rəhbəri vurğulayıb ki, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür və qədim tarixə, zəngin mədəniyyətə malik ölkəmizdə son illərdə bir sıra dünya əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bu baxımdan “Ekspo 2025”in Bakıda keçirilməsi üçün hər cür şərait və infrastruktur var.

Daha sonra “Bakı Ekspo 2025”in təqdimatına həsr olunan film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verilib.

Təqdimat mərasimi böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Ekspo 2015”dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycanın milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Ekspo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Azərbaycan “Bakı Ekspo 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Tarix
2018.01.24 / 10:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla