Yuxarı

“Cənub axını”nın taleyi Albaniyadan asılıdır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəsmi Tirana bu işə razılıq vermədikcə layihənin reallaşması mümkün deyil".

Bunu Axar.az-a Bosniya və Herseqovinanın Rusiya ilə "Cənub axını" layihəsi üzrə imzaladığı razılaşmanı şərh edən Yunanıstanın Aegean Universitetinin professoru, enerji məsələləri üzrə ekspert Nikitas Nikitakos bildirib:

"Bir müddət öncə TAP və TANAP-la bağlı İstanbulda keçirilən böyük bir konfransda iştirak etdim. Düşünürəm ki, bu, Avropa üçün lazımlı bir proyektdir. Amma "Cənub axını"na gəldikdə isə burada məsələ bir qədər qəlizdir. O da doğrudur ki, Bosniya və Herseqovina artıq Rusiya ilə müqavilə imzalayıb. Amma bu razılaşma heç də layihənin reallaşması demək deyil. Balkanlarda ən önəmli ölkə Albaniya hesab edilir. Məncə, rəsmi Tirana bu işə razılıq vermədikcə layihənin reallaşması mümkün deyil. Çünki Bosniya və Herseqovinaya həmin xəttin çatması üçün Albaniya ərazisindən istifadə olunmalıdır".

Xatırladaq ki, Avropa Birliyinin Rusiyaya qarşı olan sanksiyalarına baxmayaraq, iyulun əvvəllərində Bosniya və Herseqovina Moskva ilə "Cənub axını" üzrə müqavilə imzalayıb.

Tarix
2014.07.25 / 14:34
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla