Yuxarı

ABŞ Azərbaycana 400 min dollar ayırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Azərbaycanda ədliyyə sahəsində islahatlara 400 min dollar ayırıb.

Avropa Şurasının Bakıdakı ofisinindən Report-a verilən məlumata görə, sabah Bakıda ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı yeni layihənin təqdimat mərasimi keçiriləcək.

Avropa Şurasının təşkilatçılığı ilə təqdimatı baş tutacaq layihənin məqsədi Azərbaycanda ədliyyə islahatlarına dəstək vermək və insan hüquqlarının icrasını yaxşılaşdırmaqdır. Layihənin əsas vəzifələri insan hüquqlarının müdafiəsinə yönələn milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsində Azərbaycana yardım etmək, cinayət qanunvericiliyini Avropa və beynəlxalq insan hüquqları normalarına uyğunlaşdırmaq, hüquqşünasların və milli qurumların potensialının artırılmasına dəstək vermək və təlim-tədris tədbirlərini təşkil etməkdir.

Layihə 2018-ci ilin dekabrən 31-dək davam edəcək. Layihənin ümumi büdcəsi 400 000 ABŞ dollarıdır. Layihə Avropa Şurasının İnsan Hüquqlarının Milli Səviyyədə İcrası Bölməsi (DG1) tərəfindən həyata keçiriləcək.

Tarix
2018.02.13 / 12:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla