Yuxarı

ABŞ-ın məşhur şirkəti BTQ-nin səhmdarı oldu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın "ExxonMobil" neft şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən "BTC Co"nun səhmdarlarının tərkibinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanda 2017-ci il üzrə fəaliyyət yekunlarına əsasən BP şirkətinin hesabatında deyilir.

"ExxonMobil" "CIECO" şirkətinin 2,5 faizini alıb.

Hesabatda bildirilir ki, razılaşma artıq baş tutub.

Hazırda 2002-ci il avqust ayının 1-də layihənin həyata keçirilməsi üçün təsis edilən "BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,9 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,5 faiz); "ExxonMobil (2,5 faiz); "ONGC" (2,36 faiz).

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

Neft kəmərinin ötürmə gücü sutkada 1,2 milyon barrel təşkil edir.

Tarix
2018.02.17 / 00:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla