Yuxarı

Mühüm proqnoz: Bu il manat, neft...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən olacaq.

Axar.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib. Ekspert bildirib ki, 2004-cü ildə Azərbaycanın dövlət rezervləri cəmi 1,8 milyard dollar idisə, ötən müddətdə həmin rəqəm 42 milyard dollara qədər yüksəldi:

“Yəni ötən il dövlət rezervləri 5 milyard dollar artdı. Bazar qiymətinin aşağı olmasına rəğmən dövlət rezervlərimizdə artım baş verdi. 2017-ci ildə büdcə üzrə nəzərdə tutulan öhdəliklər yerinə yetirildi, iqtisadiyyatdakı stabillik təmin edildi. Bu isə dövlət rezervlərinin artmasına müsbət təsir göstərdi. Bu il dövlət rezervlərinin artırılması əsas hədəflərdən biridir. Neftin bazar qiyməti büdcədə nəzərdə tutulandan daha yüksəkdir. Hər barrel üçün 45 dollar nəzərdə tutulsa da, hazırda“Azərilayt” markalı neft daha yüksək qiymətə satılır”.

İqtisadçı büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun rolunu xüsusilə qeyd edib:

“ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatır. Bu da dövlət rezervlərinin artırılmasına şərait yaradır. Hesab edirəm ki, fiskal konsolidasiya siyasətinin davam etdirilməsi 2018-ci ildə də dövlət rezervlərinin strateji valyuta ehtiyatlarındakı artım tempinin qorunub saxlanmasına imkan verəcək. Dövlət Neft Fondu ilə bərabər, Mərkəzi Bankın xarici valyuta ehtiyatlarında da artım qeydə alınıb. Bu birbaşa baş bankın de-dollarlaşma prosesi nəticəsində intervensiyasının aradan qaldırılması və hərraclar vasitəsilə xarici valyutaya olan tələbin ödənilməsinə nail olunması ilə bağlıdır”.

Tarix
2018.02.23 / 16:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Delimitasiya komissiyasının iclası: razılıq əldə edildi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla