Yuxarı

Gürcüstanda ciddi fəsadlar: külək, qasırğa, qar, yağış... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava şəraitinin kəskin dəyişməsi, güclü külək, dənizdə qasırğa, qar və yağış Gürcüstanda ciddi fəsadlar törədib.

Axar.az xəbər verir ki, güclü külək nəticəsində paytaxt Tbilisidə bir neçə ağac aşıb, avtomobillərə və infrastruktura ciddi ziyan dəyib, bəzi rayonlarda elektrik naqilləri qırılıb, yollarda nəqliyyatın hərəkəti pozulub. Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportun uçuş-enmə zolaqlarında təhlükəsizliyi təmin etmək mümkün olmadığı üçün bir neçə reys təxirə salınıb.

Ölkənin müvafiq dövlət strukturları, metereoloqlar, Tbilisi şəhər meriyası əhaliyə müraciət edib. Sakinlərə imkan daxilində, zərurət yaranmadığı halda evdən çıxmamaq, yaranmış qəzaların nəticələrini özbaşına aradan qaldırmağa cəhd göstərməmək, ağaclardan, yüngül konstruksiyalı tikililərdən uzaq durmaq tövsiyə olunub.

Poti və Kulevi limanlarında, Batuminin Qara dəniz sahillərində 6 ballıq qasırğa gözləndiyi barədə xəbərdarlıq edilib.

Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Yuxarı Lars yolu günün ikinci yarlısında bağlanıb. Həmin ərazilərə yağan güclü yağış və qar nəticəsində uçqunlar yaranıb.

Əlverişsiz hava şəraitinin martın 10-da da davam edəcəyi bildirilir.

Tarix
2018.03.09 / 23:08
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla