Yuxarı

Qeyri-peşəkarlar mənzilləri qiymətləndirə bilməz – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətləndirmə bazarında qeyri-peşəkarlıq ayaq açıb yeriyir, bu sahədə təsadüfi adamlar çoxalıb.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bu gün keçirilən illik hesabat konfransında qurumun İdarə Heyətinin üzvü Ramil Osmanlı bəyan edib. R.Osmanlı bildirib ki, son illər problemli kreditlər səbəbindən məhkəmə orqanlarında vətəndaşların mənzillərinin qiymətləndirilməsi ilə bağlı müraciətlər artıb:

“Bu da çoxlu sayda qiymətləndirmə şirkətinin yaranmasına səbəb olub. Bazarda qeyri-peşəkarların sayının artması tənzimlənmə mexanizminin tətbiqini zəruri edir”.

Konfransda 1998-ci ildə qəbul edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi zərurətinin də yarandığı, 2013-cü ildə yeni qanun layihəsinin Nazirlər Kabinetnə və Milli Məclisə təqdim edilməsinə baxmayaraq, bu günə qədər real addım atılmadığı da vurğulanıb.

Konfransda AQC-nin tərkibində Ekspert Şurasının yaradılması da təklif edilib. Vətəndaşların qiymətləndirmə ilə bağlı üzləşdikləri problemlər şurada müzakirəyə çıxarılacaq, obyektiv rəylər təqdim etməyən qurumlar inzaibati qaydada məsuliyyətə cəlb ediləcək.

Tarix
2018.03.11 / 01:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla