Yuxarı

QTA sədri undan danışdı: İstənilən şəxslə debata hazıram

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:16

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və Azərbaycan Mətbuat Şurasının birgə iştirakı ilə "Media və təhlükəsiz qida" mövzusunda görüş keçirilib.

Axar.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Agentliyin vəzifəli şəxsləri və media nümayəndələri iştirak edib. Görüşün keçirilməsində məqsəd QTA ilə media media orqanları arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Agentliyin həyata keçirəcəyi maarifləndirmə işlərində və qida təhlükəsizliyi anlayışının istehlakçılar, sahibkarlıq subyektləri arasında düzgün təbliğ edilməsində iştirakını təmin etməkdir.

Tədbirdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov ilk növbədə Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Ə.Amaşovun sözlərinə görə, görüşün bayram ərəfəsində keçirilməsi təsadüfi deyil:

"Novruzda hər kəs bayram süfrəsi açacaq. Süfrələrimizdə milli şirniyyatlarımız, müxtəlif nemətlərimiz yer tutacaq. Bir çox hallarda bayram süfrəsində kənardan aldığımız məhsulları yeyirik. Ancaq bu qidaların təhlükəsizliyindən əmin deyilik. Bilməliyik ki, bu nemətlər hansı qidadan hazırlanır, keyfiyyəti necədir və s.

2017-ci ilin də fevralın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə QTA yaradılıb. Yeni yaranmış agentlik istehsalından istehlakına qədər bütün məhsulların keyfiyyətinə nəzarət funksiyasını yerunə yetirir. Başqa təşkilatlardan ayrılmış müəssisələr artıq agentlikdə qeydiyyatdan keçib. Bu mənada Azərbaycan mediasının üzərinə ciddi vəzifə düşür".

Ə.Amaşov gələcəkdə qida təhlükəsizliyi sahəsində işçi qrupu yaradıla biləcəyini deyib.

Görüşdə çıxış edən agentliyin sədri Qoşqar Təhməzli isə qida təhlükəsizliyi ilə bağlı mediada yayılan əsassız məlumatlara etibar etməməyi tövsiyyə edib:

"Azərbaycanda qida təhlükəsizliyi sisteminin yaradılmasında əsas rol medianın üzərinə düşür. Bu sahədə ciddi addımlar atmaq üçün ilk növbədə cəmiyyəti maarifləndirmək lazımdır. Bu vaxta qədər Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən qida təhlükəsizliyi həyata keçirilirdi. Hazırda isə vahid qurum yaradılıb. Agentlik artıq iki aydır fəaliyyət göstərir. Agentlik təftiş, dövlət nəzarəti, sertifikatlaşma və digər şöbələrdən ibarətdir. Qida təhlükəsizliyi sahəsində təftiş, dövlət nəzarətinin həyata keçirilməsi deyəndə bizim normalda bildiyimiz yoxlamalardan söhbət getmir. Burada əsas missiya qida zəncirinin bütün mərhələlərində sahibkarlıq subyektlərinə xüsusi dövlət nəzarətinin həyata keçirilməsidir. Beynəlxalq standartların və normaların qida təhlükəsizliyi subyektlərində tətbiqindən söhbət gedir. Belə təsəvvür yaranmasın ki, QTA fəalliyyətə başladıqdan sonra ancaq müəssisələri yoxlayaraq onlara qarşı təftiş həyata keçirəcək. Azərbaycanda qida müəəssisələri, təsərrüfatlar, qidaları istehsal edən müəəssisələr, qidaların saxlanılmasında iştirak edən anbarlar, daşınmasında istifadə edilən nəqliyyat vasitələri, bu məhsulların satışını təşkil edən ticarət mərkəzləri var. Bu müəssisələrin hər biri üçün ayrıca standartlar müəyyənləşdirilib.

Son zamanlar mediada təftiş və yoxlama ilə bağlı bəzi məsələlər gündəmə gəlir ki, agentlik fəaliyyərə başlayandan sonra ictimai iaşə müəssisələrinə münasibət necə olacaq? Tədbirlər görüləcəkmi və s.

Onu deyim ki, agentlik bu sahədə vəziyyətin tənzimlənməsi ilə məşğul olacaq, ancaq əsas məsələ cərimələmək deyil, standartları təmin etmək və sahibkarlara yardım etməkdir.

Azərbaycanda son zamanlar un və un məmulatlarının təhlükəsizliyi ilə bağlı məsələlər populyardır. Qida eksperti kimi tam məsuliyyətlə deyirəm ki, un və un məmulatları yüksək riskə daxil olan məhsullar deyil. Bunun üzərində gərginlik və qalmaqal yaratmağa əsas yoxdur. Bu barədə istənilən şəxslə debata girməyə və sübut etməyə hazıram ki, bu qidalar insan orqanizminə necə təsir edir. Un məmulatları vasitəsilə insanların kanserogen xəstəliklərə yoluxması barədə bəyanatlar məni çox üzür. Xahiş edirəm ki, media nümayəndələri bu cür məlumatları yayan şəxslərdən istinad mənbəsi tələb etsinlər. Dünyanın ən iri institutları onillərlə elmi tədqiqatlar apardıqdan sonra qidanın insana zərəri haqqında bəyanat verir. Bizdə isə həkimlər bu barədə asanlıqla açıqlamalar verirlər. Əslində isə bu qeyri-peşəkar yanaşmadır. Media mənsubları bu cür elmi mənbələrə söykənməyən məlumatları insanlara çatdrmaqdan çəkinməlidir”.

Tədbirin sonunda agentlik və media nümayəndələri arasında fikir mübadiləsi aparılıb.

Tarix
2018.03.17 / 12:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla