Yuxarı

Azərbaycan bankları MDB-də ən güclü oldu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bank sektorundakı problemlər azalmağa doğru gedir, buna baxmayaraq problemli kreditlər hələ də əlavə təminat tələb edə bilər.

APA xəbər verir ki, bu barədə “Fitç” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, sektorda problemli aktivlərin artım tempi ləngiyib, ehtiyatlar və kapitallaşma güclənib. Buna baxmayaraq, agentliyin mütəxəssisləri qeyd edir ki, restrukturizasiya olunmuş kreditlər üçün ayrılan ehtiyatların az olması aktivlərin keyfiyyətinə mənfi təsir etməkdə davam edir: “Ötən il Beynəlxalq Bankın öhdəliklərinin və aktivlərinin restrukturizasiyası bank sektorunun ən mühüm inkişaf göstəricisi olub. Bankın bütün problemli aktivləri dövlətə məxsus bank olmayan kredit təşkilatına ötürülüb, riskli aktivləri azalıb və kapital mövqeyi bərpa olunub. Buna baxmayaraq, Beynəlxalq Bankın 1,8 milyard dollar həcmində açıq valyuta mövqeyi qalmaqdadır, lakin bank 2018-ci ilin ortalarına kimi bunu yaxşılaşdırmağı planlaşdırır”.

Ümumiyyətlə, “Fitç” mütəxəssisləri hesab edir ki, sektor üzrə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 20%-ə qədər sabitləşib. Onların fikrincə, restrukturizasiya olunmuş kreditlərin həcmi kifayət qədər yüksəkdir (ümumi kreditlərin 25%-i), xarici valyutada verilmiş kreditlər (ümumi kreditlərin 41%-i) də aktivlərin keyfiyyətinə mənfi təsir edir: “Beynəlxalq Bankın restrukturizasiyası, ümumilikdə ötən il sektorda kapital mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərib. Gürcüstan və MDB regionu üzrə ən yüksək kapital adekvatlığı əmsalı Azərbaycan banklarındadır. Sektor üzrə yüksək kapital əmsalının olmasına baxmayaraq, bir neçə bankın kapital mövqeyi hələ də zəifdir. Bu banklardan bəziləri 2018-ci ildə kapitallarını artırmağı planlaşdırır”.

“Fitç”in analitikləri bildirib ki, bu il Azərbaycanın iqtisadi vəziyyəti yaxşılaşdığından kreditlərə olan tələb də artacaq. “Lakin kreditləşmənin yüksək kapital mövqeyi və likvidliyə malik bir neçə bankın əlində cəmləşəcəyi ehtimalı yüksəkdir,” - deyə məlumatda qeyd olunub.

Tarix
2018.03.23 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla