Yuxarı

Moskvadan Bakıya dollar əvəzinə bitkoin?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada kölgə iqtisadiyyatının liderləri açıqlanıb. Belə ki, Rusiya Mərkəzi Bankı paytaxt Moskvada kölgə iqtisadiyyatına liderlik edən ticarət mərkəzləri ilə bağlı faktlar toplayıb. Məlum olub ki, bu sahədə liderliyi "Moskva" Ticarət Mərkəzi, "Sadovod" bazarı, "Fudsidi"dəki məntəqələr edir.

Axar.az xəbər verir ki, aylıq dövriyyə isə 600 milyard rubldan da çox olur. Ancaq onların bank hesabları ya yoxdur, ya da mövcud bank hesablarında heç bir hərəkətlənmə hiss edilmir. Məsələ burasındadır ki, həmin ərazilərdəki ticarətçilərin valyuta əməliyyatlarının böyük hissəsi heç bir rəsmi qeydiyyata daxil edilmir. Ticarətçilər isə əsasən kriptovalyuta alır və onu vətənlərinə göndərərək yerli pulla dəyişdirirlər. Rusiya qanunverciliyi kriptovalyutanı dəstəkləməsə də, həmin məntəqlərdə elektron vəsaitin alınması geniş yayılıb. Beləliklə, kölgə iqtisadiyyatı ilə məşğul olan qrup və ya ayrı-ayrı şəxslər ölkədən nəğd valyuta çıxarmayaraq, elektron puldan istifadə edirlər.

Məlumat üçün bildirək ki, "Sadovod” bazarı İlham Rəhimov və onun Azərbaycandan olan yəhudi ortaqları - Zarah İliyev və Qod Nisanova məxsusdur. Məlumata görə, azərbaycanlı miqrantların bir hissəsi də məhz bu bazarda işləyir. Maraqlıdır, onların ölkəyə kriptovalyuta göndərməsi mümkündürmü?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyyət” qəzetinə açıqlamasında Azərbaycanda kriptovalyutaların rəsmi olaraq tanınmadığını deyib:

"Bu yalnız o halda mümkün ola bilər ki, Azərbaycanda kimsə kriptovalyutanı almaq istəyir. Rəsmi olaraq heç bir qanun yoxdur. Azərbaycanın rəsmi mövqeyi bundan ibarətdir ki, kritovalyutaları tanımır. Doğrudur, Azərbaycanda bununla bağlı qanun layihəsi artıq var. Hökumət artıq bunu hazırlayıb. Hökumət bu istiqamətdə müəyyən işlər aparır, bu sahəni tənzimləmək istəyir. Amma hələ ki, belə bir qanun qəbul edilməyib. Rusiyada da vəziyyət eynidir”.

Qanun olmadığı halda dövriyyənin necə aparıldığına toxunan Əkrəm Həsənov deyib ki, bu, iki şəxsin razılaşması ilə mümkün olur:

"Məsələn, siz kriptovalyuta satırsız və bunu mənə təklif edirsiz. Mən əgər bunu almaq istəyirəmsə, razılaşıb alğı-satqı edirik. Yəni, Azərbaycanda kriptovalyuta adi bir əmtəədir. Alıcı tapılsa, əlbəttə ki, onu pula çevirmək mümkündür. Amma belə bir birja, bazar yoxdur. Hesab edirəm ki, Azərbaycanda da artıq kriptovalyutalarla maraqlananlar çoxdur. Düşünürəm ki, kriptovalyutaları Azərbaycanda da alan ola bilər”.

Tarix
2018.04.15 / 22:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla