Yuxarı

"Ermənistanda hadisələr getdikcə daha dramatik xarakter alır"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla bağlı proqnozlar özünü tam doğrultdu. Əvvəlcədən də məlum idi ki, Ermənistanda başlanmış sistemli böhran yeni baş nazir təyinatından sonra növbəti mərhələyə daxil olacaq. Çünki yeni baş nazir əslində köhnə adamdır. Serj Sarkisyanın 10 illik prezidentliyi Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunub.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, bu gün erməni müxalifəti, erməni ziyalıları açıq şəkildə qeyd edirlər ki, məhz Sarkisyanın 10 illik prezidentlik fəaliyyəti erməni xalqı üçün, ilk növbədə, iqtisadi böhrana səbəb olub. İkincisi, Ermənistan üçün bu, həm iqtisadi, həm enerji, həm də nəqliyyat baxımından təhdid vəziyyəti yaradıb. Yəni, Ermənistanın təcrid olunması daha da dərinləşib. Üçüncüsü, Ermənistandan əhalinin köç prosesi artıq yeni mərhələyə daxil olub. Bu gün ermənilər özləri qeyd edirlər ki, vaxtilə Ermənistandan əhali ədədi silsilə ilə baş götürüb qaçırdısa, indi artıq həndəsi silsilə ilə ölkəni tərk edir. Dördüncüsü, Ermənistan əhalisinin yoxsulluq səviyyəsi artıq dözülməz xarakter alıb. Bütün bunlar reallıqdır. Eyni zamanda, xalq onun da fərqindədir ki, Ermənistanda böhran daha da dərinləşəcək. Çünki xalq görür ki, onu bu vəziyyətə salan bir rejim hakimiyyətdə baş nazir postunu zəbt etməklə vəzifəsini davam etdirmək istəyir. Bu, o deməkdir ki, iqtisadi iflas, təcrid vəziyyəti daha da dərinləşəcək. Əhalinin köçü bundan sonra daha geniş miqyas alacaq, yoxsulluq daha dözülməz bir vəziyyətə gəlib çıxacaq. Xalq bunu görür, ona görə də ayağa qalxıb Sərkisyan rejiminə qarşı açıq şəkildə öz etirazını bildirir. Bəzi ekspertlər hətta bunu “məxməri inqilab”ın başlanğıcı kimi də dəyərləndirirlər.

Milli Məclisin deputatı qeyd edib ki, bu iğtişaşlar zamanı xeyli sayda insan yaralanıb, həmçinin deputatlardan da xəsarət alanlar var. Bu gün ən çox müzakirə olunan məsələlərdən biri odur ki, Sərkisyan Ermənistan tarixində ən yalançı prezidentlər sırasındadır. Misallar gətirirlər, söyləyirlər ki, Sərkisyan üç il Avropa İttifaqı ilə danışıqlar apardı və xalqına da vəd verdi ki, Avropa İttifaqı ilə saziş imzalayacaq. Lakin qəflətən mövqeyini dəyişdi və həmin sənədi imzalamadı. Yalançı prezident kimi o, Aprel döyüşlərindən sonra demişdi ki, heç bir halda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara getməyəcək və konkret şərtlər irəli sürmüşdü. Azərbaycan Prezidenti o zaman söyləmişdi ki, bunlar absurd şərtlərdir, Azərbaycanla heç kim şərt dili ilə danışa bilməz və gec-tez Sarkisyan danışıqlara gəlməyə məcbur olacaq. İndi erməni ictimaiyyəti deyir ki, Sarkisyan bizi bütün dünyanın gözü qarşısında biabır etdi və sözündən geri döndü. O, keçən ilin oktyabr ayında Azərbaycan Prezidenti ilə danışıqlar aparmaq məcburiyyətində qaldı. Eyni zamanda, Ermənistanda insanlar deyirlər ki, Sərkisyan siyasi islahatlar aparıb ölkəni prezidentli respublikadan parlamentli respublikaya keçirəcəyi ilə bağlı mövqeyini ortaya qoyarkən bildirmişdi ki, heç bir halda onun hakimiyyəti qoruyub saxlamaq və yaxud da ki, baş nazir olmaq niyyəti yoxdur. Onun bundan sonra baş nazir kürsüsünə ehtiyacı olmayacaq. Bu gün xalq küçələrə tökülüb. Erməni xalqı hesab edir ki, Sərkisyan xalqını növbəti dəfə aldadır. O, baş nazir olmayacağını bəyan etsə də, baş nazir kürsüsünü zəbt edib, buna görə də xalqı qarşıdakı illərdə daha böyük müsibətlər və faciələr gözləyir. Yəni, hadisələr getdikcə daha dramatik xarakter alacaq. Bu gün Sərkisyanı ən çox qorxudan odur ki, hadisələr ölkənin bölgələrinə də yayıla bilər. Paytaxtda Sarkisyan rejimi əleyhinə qalxan etirazlar dalğası regionlara sirayət etsə, bu, sözün həqiqi mənasında, Ermənistanda “məxməri inqilab”ın başlanmasını labüd edə bilər.

Elman Nəsirov qeyd edib ki, diqqətdən yayınmayan digər cəhət isə beynəlxalq ictimaiyyətin Ermənistanda başlayan son hadisələrlə bağlı tutduğu mövqedir. Təəssüf ki, Sərkisyanın öz xalqına qarşı güc tətbiq etməsi, eyni zamanda, deputatların xəsarət alması, güc strukturlarından xalqa qarşı təzyiq kimi geniş istifadə olunması - bütün bunlara hələ ki, beynəlxalq aləmdə heç bir ciddi reaksiya verilməyib. Beynəlxalq ictimaiyyət sanki bu prosesləri müşahidəçi kimi izləyir. Sərkisyanın 2008-ci ildə olduğu kimi, indi də hakimiyyəti zəbt etməsi xalqa bəllidir. 2008-ci ildə o, hakimiyyəti zəbt edərkən, xalqın çox ciddi etirazı ilə üzləşərkən öz xalqını da gülləboran etməkdən çəkinmədi, on nəfər qətlə yetirildi, xeyli insan yaralandı. Sarkisyanın indiki şəraitdə də hakimiyyətdə qalmasını təmin etmək üçün xalqına qarşı gülləboran sanksiyasını tətbiq edəcəyi, ermənilərin qanı üzərində hakimiyyətini qoruyub saxlayacağı gözləniləndir. İkinci ehtimal onunla bağlıdır ki, Sarkisyan vəziyyətin kifayət qədər dramatikləşməsinin fərqinə varıb növbəti təxribatlara əl ata bilər. Təxribatlar isə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verə bilər. O, istənilən hərbi avantüradan istifadə edə bilər ki, daxili auditoriyanın diqqətini yayındırsın və Dağlıq Qarabağla bağlı məsələləri ön plana keçirsin. Lakin onu da qeyd etmək lazımdır ki, qüdrətli Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatının qarşısını almağa hazırdır.

Tarix
2018.04.18 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla