Yuxarı

Azərbaycanda ÜDM-in artımı... - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 15 il ərzində Azərbaycanın iqtisadi artımının göstəriciləri hətta dünya səviyyəsinə görə yüksəkdir.

Bunu Trend-ə iqtisadçı ekspert, iqtisadiyyat elmləri doktoru Elşad Məmmədov deyib. E.Məmmədov vurğulayıb ki, son illər ərazində Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb:

“Əlbəttə, bu nəticələrə nail olmaqda əsas rolu enerji sektoru oynayıb. Amma bu gün ön plana iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlər çıxır. Bu, ölkənin makroiqtisadi siyasətinin prioritetlərindən biridir”.

Ekspertin sözlərinə görə, əlverişli makroiqtisadi vəziyyət dövlət büdcəsinin xərclər hissəsinin artırılması üçün lazım olan zəmini yaradır:

”Bu gün dövlət büdcəsinin xərclər hissəsi ümumi daxili məhsulun 25-30 faizi səviyyəsindədir. Amma enerji daşıyıcıları qiymətlərinin artması və qeyri-neft sektorunun inkişafı ilə əlaqədar burada artım üçün potensial var. Bu onu ifadə edir ki, dövlət investisiyaları əhəmiyyətli dərəcədə artırıla bilər. Hesab edirəm ki, hədəf göstərici 40-45 faiz ola bilər”.

Dövlət borcu ilə bağlı vəziyyətdən danışan ekspert qeyd edib ki, Azərbaycanda dövlət borcunun azaldılması üçün bütün imkanlar mövcuddur:

“Ölkə rəhbərliyi yaxın illərdə dövlət borcunu daha aşağı səviyyəyə salmaq hədəfini qarşısına məqsəd qoyub. Bu, məqsədəuyğun addımdır. Bu gün dövlət borcu ümumi daxili məhsulun 20 faizi səviyyəsindədir. Hesab edirəm ki, bu proses metodik şəkildə həyata keçiriləcək ki, makroiqtisadi göstəricilərin sabitliyi təmin olunsun”.

Tarix
2018.04.19 / 22:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla