Yuxarı

Türk lirəsi sürətlə ucuzlaşır: Azərbaycan da... - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə investisiya yatırmış Azərbaycan da bu ölkədə iqtisadi sabitliyin olmasında maraqlıdır. Ancaq iqtisadi qərarların verilməsində mövcud yanaşmalara korrektələr edilməsə, Türkiyə iqtisadiyyatını ağır dövr gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev qeyd edib. O bildirib ki, lirənin 5 ay ərzində dəyərinin 1/4-i qədər devalvasiyaya uğramasını ölkədə iqtisadi qeyri-sabitliyin əsas indikatoru hesab etmək olar:

“Blomberq”ə istinad etsək, 2018-ci ilə ABŞ dolları qarşısında 3,79 məzənnəsi ilə başlayan Türkiyə lirəsi 22,7% dəyər itirərək, 4,65-ə düşüb. Səbəb son dövrlər emosional, dayanıqlığı təmin edən institutların mövqeyini zəiflədən və buna görə də investorları çəkindirən iqtisadi-siyasətin yürüdülməsidir. Erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir. Artıq Rusiyanın ən böyük bankı olan Sberbank Türkiyənin 5-ci ən böyük bankı olan törəmə müəssisəsini – Dənizbankı ərəblərə dəyərindən ucuz sataraq, bazarı tərk edir. Səbəb kimi Türkiyədə rəqabətin sərtləşməsi və ölkə bazarında işləməyin çətinliyi göstərilir. Erkən seçki qərarı bazarda gərginliyi daha da artırıb, lirə təkcə may ayında dəyərini 13,6% itirib və hökumət bazara ciddi müdaxilə etməsə, investorları sakitləşdirəcək mesajlar ötürməsə, ən azı seçki gününə qədər ucuzlaşma davam edəcək”.

Ekspertin sözlərinə görə, lirənin ucuzlaşmasının səbəblərini tədiyyə balansında aydın görmək olur:

“2018-ci ilin 1-ci rübündə birbaşa investisiyalar 9,4% azalaraq, 181,5 milyard dollardan 164,5 milyard dollara düşüb. Portfel investisiyalarında da azalma qeydə alınıb - (0,5%). Türkiyə banklarının xarici ölkələrdəki depozitləri 6%-dən çox azalıb. Cari hesablar balansında da vəziyyət pisləşib. Təkcə malların xarici ticarətdə kəsiri 1 il ərzində (I rüb 2017 – I rüb 2018) 8,5 milyard dollardan 17,2 milyard dollara qədər artıb. Xidmətlər balansının müsbət saldosu cari hesablar balansının 2 dəfə azalmasının qarşısını ala bilməyib. Tədiyyə balansının pisləşməsi rəsmi valyuta ehtiyatlarını da əridib. Təkcə mart ayından rəsmi ehtiyatlar 4,3 milyard dollar azalıb. Halbuki yanvar ayında 4,3 milyard dollar artım qeydə alınmışdı”.

Ekspert qeyd edib ki, bu, Türkiyə iqtisadiyyatına ümumi baxışdır:

“İqtisadi dayanıqlığı daha dəqiq və detallı qiymətləndirmək üçün maliyyə sektorundan tutmuş, real sektora qədər olan sahələr nəzərdən keçirilməlidir. Ancaq ölkənin beynəlxalq investisiya mövqeyindəki pisləşmə meyilləri iqtisadi təhlükələrin ilkin simptomlarını göstərir. Lirənin ucuzlaşması Türkiyə ixracının rəqabət qabiliyyətini artırsa da, ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər. Digər tərəfdən də kapital axını milli valyutanın sabitliyini təhlükə altına alır”.

Qeyd edək ki, Türkiyə lirəsi bu gün də dollar qarşısında dəyərini itirib. Belə ki, artıq 1 dollar 4,84 lirəyə bərabərdir.

Tarix
2018.05.23 / 14:02
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla