Yuxarı

Türkiyə 5 aya 113 milyard borclandı: Lirə isə 1 aya…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk lirəsi ölkədə növbədənkənar prezident seçkisinin elanından sonra 18% dəyər itirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sözcü” yayıb. Qəzet lirənin zəifləməsinin əsas səbəbləri sırasında pozulan maliyyə intizamının, daxili siyasi qeyri-müəyyənliyi, dolların qlobal miqyasda güclənməsini göstərib:

“Dövlət Baxçalı 17 apreldə növbədənkənar seçkiyə işarət etdiyi zaman dollar 4,1 lirə səviyyəsində idi. Bir gün sonra isə Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb seçki tarixinin 24 iyun olduğunu açıqladı. Bu qərarı bazar ilk növbədə müsbət qarşıladı. Belə ki, dollar xəbərdən sonra 4,04 lirəyə qədər gerilədi. Nə oldusa, bundan sonra oldu. Türkiyə daxili siyasətində qeyri-müəyyənlik başladı.

Şirkətlərin xarici borclarını vermələri də dolların dəyərini artırır. Bu ilin ən böyük borc verilməsi 10,9 milyard həcmində olub. ABŞ-ın Çin ilə ticarət savaşında atdığı qarşılıqlı addımlar dolları qlobal miqyasda gücləndirdi. Beynəlxalq kredit təşkilatları olan “Fitç” və “S&P”-nin Türkiyə ilə bağlı xəbərdarlıq yaymaları türk lirəsinin 3 həftə ərzində 18% dəyər itirməsinə səbəb oldu”.

Qəzetə açıqlama verən türkiyəli iqtisadçı Gizmen Nalbəndli ölkənin xarici borcu və özəl sektorun borcunda ciddi problemlərin olduğunu bildirib:

“1 il içində ödənməsi gərəkən borc 200 milyard dollardır. 1 yanvarda 605 milyard lirə xarici borcumuz olduğu halda 18 mayda bu borc 718 milyard lirədir. Borcların ümumdaxili məhsula nisbəti 2001-ci il böhranından yüksək səviyyəyə qalxıb. Mübadilə kursunun yüksəlişinin qarşısına keçmək üçün Mərkəzi Bank ciddi faiz artımı etməlidir. Siyasi cəbhə “faizləri endirəcəyik” dediyi müddət ərzində mübadilə kursunda yüksəliş dayanmayacaq”.

Qeyd edək ki, son bir ay ərzində Türkiyədə lirənin dəyəri dollar qarşısında həddən artıq ucuzlaşıb. Hazırda dollar Türkiyədə 4,84 lirədir. Bu isə tarixi rekord sayılır.

Tarix
2018.05.23 / 15:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla