Yuxarı

Yeni əsginazın müsbət və mənfi tərəfləri - Ekspert rəyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank yeni 200 manatlıq pul əsginazlarını dövriyyəyə buraxacaq.

Axar.az xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov iri nominallı əsginazın dövriyyəyə buraxılmasının müsbət və mənfi tərəflərindən danışıb. Ekspert bildirib ki, yeni əsginazlar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılması ilə yanaşı, bir sıra çatışmazlıqlara da malikdir:

“Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əsginazı olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əmək haqqı bizimlə müqayisədə xeyli yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əsginaz 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əsginazlardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyut6a ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əsginazların üzərindəki rəqəmləri artırmağa tələsmir”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əsginazların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq:

“Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əsginazların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əsginazlar inflyasiya yaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əsginazların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əsginazların sayını artırması daha məqsədəuyğun olardı”.

Tarix
2018.05.24 / 13:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla