Yuxarı

Trampın tviti, Rusiyanın İrana 50 milyard vədi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mərhələli şəkildə ixracatda və eləcə də büdcə gəlirlərinin formalaşmasında neft payının azalmasına nail olmalıdır ki, xarici faktorların təsirlərini minimallaşdırmaq mümkün olsun.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, “Brent” markalı neftin qiyməti artıq 75 dollardan aşağı təklif edilir:

“Son 5 gündə dünya bazarında neftin qiyməti 6 faizə yaxın ucuzlaşıb. Neftin dünya bazar qiymətində azalmalar bir sıra iqtisadi və eləcə də siyasi səbəblər ilə bağlıdır. Əvvəla, ticarət müharibəsi Çində neftə olan tələbi azaldır. Ötən ay gündəlik 8.36 milyon barrel neft idxal edən Çində idxal əvvəlki ay ilə müqayisədə 9% aşağı düşüb. May ayında Çinin idxalı 9.2 milyon barrel olmuşdu. Bu eyni zamanda 2017-ci ilin iyun ayı ilə müqayisədə də aşağı göstəricidir. Bir il öncə Asiyanın iqtisadi nəhəngi gündəlik 8.8 milyon barrel neft idxal etmişdi. Çində tətbiq edilən yeni vergi sistemi də sözügedən ölkənin idxalına təsir göstərməkdədir”.

Ekspert vurğulayıb ki, neftin qiymətinə təsir edən ikinci amil isə ABŞ-da neft hasilatının artmasıdır.

“İyun ayında ABŞ gündəlik 10.8 milyon barrel neft hasil edib ki, bu da 2005-ci ildən sonra ən yüksək göstərici hesab olunur. İyulun ilk həftəsində ABŞ-da gündəlik neft idxalı 1.67 milyon barrel azalıb və eyni zamanda ixrac 3 milyon barrellik rekorda çatıb. Üçüncüsü, Yaxın Şərq ölkələrində hasilatın yenidən artımı müşahidə edilir və bu da bazara təsir göstərməkdədir. Səudiyyə Ərəbistanı hasilatda rekordu təzələməkdədir”.

Ekspert qeyd edib ki, ötən həftə Ağ Ev İran məsələsində daha yumşaq mövqe nümayiş etdirdi:

“Belə ki, əvvəlki açıqlamalarında bu ilin noyabrınadək İran ilə neft ticarətini dayandırmayacaq bütün ölkələrə sanksiya tətbiq edəcəyini bəyan edən rəsmi Vaşinqton bu məsələdə istisnaların olacağını bildirdi. Yəni İran ilə neft ticarəti edəcək heç də bütün ölkələrə sanksiyalar tətbiq olunmayacaq. Bu isə neft bazarındakı siyasi gərginliyi müəyyən qədər yumşaltdı. Bu arada Rusiya İranın enerji sektoruna yaxın illərdə 50 milyard dollara yaxın sərmayə yönəltmək istədiyini bəyan edib. Tramp isə yenidən böyük hərflərlə “neftin qiyməti aşağı salınmalıdır” tvitini atıb”.

V.Bayramovun sözlərinə görə, neftin qiyməti müqayisəli şəkildə hazırda yüksək olsa da, stabil deyil:

“Əslində siyasi müdaxilələr olmazsa, bazar tarazlığı hər barrel üçün 60 dollar ətrafında bərqərar olmalıdır. Buna görə də iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması iqtisadi siyasətin əsas prioriteti olaraq qalmalıdır”.

Tarix
2018.07.16 / 10:56
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla