Yuxarı

Şimal-Cənub Dəhlizinin qərargahı Bakıya köçürülə bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin hazırda İranda yerləşən mənzil-qərargahı Azərbaycana köçürülə bilər.

Bu barədə Trend-ə açıqlamasında TRACECA nəqliyyat sahəsi üzrə əməkdaşlıq proqramının milli katibi Akif Mustafayev deyib.

A.Mustafayev qeyd edib ki, ABŞ sanksiyaları İranın dəmir yolu infrastrukturunun inkişafı üçün böyük maneə törədir:

"İran dəmir yolu şəbəkəsinin tikintisi üzrə dəyəri milyardlarla ölçülən sazişlər imzalayan bir çox şirkətlər İslam Respublikasını tərk edir. İran, öz növbəsində, Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm iştirakçısıdır və böyük mənada, dəhlizin gələcək inkişafı ölkənin dəmir yolu infrastrukturundan asılıdır".

Milli katib xatırladıb ki, Azərbaycan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün İrana 500 milyon dollar məbləğində kredit verib:

"Bu istiqamətdə növbəti addım İran ərazisində Rəştdən Bəndər Abbas limanına qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsidir ki, bu da yeni sanksiya dalğasından sonra çətinləşib".

Onun sözlərinə görə, sanksiyalarla bağlı problemə baxmayaraq, Rəştdən Bəndər Abbas limanına qədər olan dəmir yolu TRACECA və Şimal-Cənub dəhlizləri üzrə yüklərin nəqlinin tam həyata keçirilməsi baxmından inşa olunmalıdır:

"Bu mürəkkəb vəziyyətə görə biz dəhlizin səmərəliliyini artırmaq üçün Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahını Bakıya köçürmək istərdik. Rəsmi Bakının həm ABŞ, həm Rusiya, həm də regionun digər ölkələri ilə yaxşı münasibətləri var".

A.Mustafayev əlavə edib ki, TRACECA çərçivəsində son illərdə 176 layihə reallaşdırılıb:

"TRACECA-nın Bakıdakı mənzil-qərargahı iri layihələrin keçirilməsi üzrə kifayət qədər təcrübəyə malikdir. Bu da Şimal-Cənub Nəqliyyat Dəhlizinin idarəsinin TRACECA-nın ofisinin bazasına köçürülməsi üçün əlverilşli zəmindir".

Onun fikrincə, bu addım müsbət nəticə verə bilər, bu istiqamətlərdə yük axını həcmlərinin arıtılmasına şərait yarada bilər.

Tarix
2018.07.17 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla