Yuxarı

Tiflisdə möhtəşəm konfrans: Xəzər-Qara dəniz...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 12-13-də Tiflisdə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək.

Axar.az xəbər verir ki, neft və nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların nümayəndələrini, habelə müxtəlif ölkələrdən yanacaq istehlakçılarını bir araya gətirən ənənəvi məkana çevrilən konfrans iştirakçılara ən aktual məsələləri müzakirə etmək və Xəzər-Qara dəniz regionu bazarına dair unikal informasiya əldə etmək imkanı verir.

Konfransın əsas mövzuları bunlardır: Xəzər-Qara dəniz regionunda yükdaşımaların dinamikası – yeni meyillər və imkanlar, Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi – tranzit yükdaşımaları və inkişaf potensialı, neft və neft məhsullarının daşınması perspektivləri, strateji nəqliyyat dəhlizləri – Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Çin-Avropa nəqliyyat marşrutları, tarif siyasətlərinin çevikliyi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən və Mərkəzi Asiyadan Şərqi Avropa ölkələrinə konteyner daşımalarının əhəmiyyətinin artması, Xəzər-Qara dəniz regionunda mineral gübrələrin tədarükü potensialı – Azərbaycanın və Gürcüstanın infrastruktur obyektlərinin icmalı.

Beynəlxalq konfransda iri neft, nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların, gəmiçilik şirkətlərinin, treyderlərin, habelə Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Türkiyə, İran, Özbəkistan, Şərqi və Qərbi Avropa ölkələrinin dövlət orqanlarının və əlaqədar nazirliklərinin nümayəndələri iştirak edəcəklər.

Tarix
2018.07.19 / 18:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla