Yuxarı

“Petkim” ABŞ-ın nüfuzlu proqramına üzv oldu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ilk və tək inteqrasiya olunmuş neft-kimya şirkəti olan “Petkim” texnologiya, tədqiqat-inkişaf və kimya sahələrində dünyanın ən yaxşı texniki universitetlərindən biri olan Massaçusetts Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology) (MIT) Sənaye Əlaqələndirmə Proqramına (İLP- Industrial Liaison Program) üzv olub.

Axar.az xəbər verir ki, “Petkim” avqust ayından etibarən iki il ərzində ortaq maraq dairələri üzrə birgə əməkdaşlığı təmin edəcək bu üzvlüklə İLP proqramına daxil olan 250 qlobal şirkətdən biri olub.

“Petkim” tədqiqat-inkişaf sahəsində fəaliyyətlərini və sektorun inkişafına töhfə verəcək strateji tədqiqatlarını beynəlxalq arenaya çıxarmaq məqsədi ilə texnologiya və mühəndislik sahəsində dünyanın qabaqcıl universitetlərindən biri olan MİT-nin Sənaye Əlaqələndirmə Proqramına (İLP) üzv olub. MIT-nin dünya miqyaslı şirkətlərlə qarşılıqlı olaraq informasiya və texnologiya sahəsində əlaqələr qurmaq və inkişaf etdirmək məqsədi ilə yaradılan bu proqramı çərçivəsində “Petkim” strateji əhəmiyyəti olan spesifik tədqiqat sahələrinə istiqamətlənəcək. “Petkim”in əsas strategiyalarından birini təşkil edən rəqəmsal dəyişiklik və innovasiya sahələrindəki layihələri baxımından da böyük əhəmiyyət kəsb edən MİT-İLP üzvlüyünün ilk mərhələsi iki il olacaq. Həyata keçiriləcək layihələrə uyğun olaraq bu müddət daha da uzadıla bilər.

Proqram çərçivəsində avqust ayında MİT tədqiqatçıları “Petkim”in tədqiqat-inkişaf və istehsal sahəsində çalışan əməkdaşları ilə bərabər layihə üzrə əlaqədar məsələləri müəyyən edəcəklər. Sentyabr ayında isə “Petkim”dən müvafiq heyət ABŞ-a gedərək MİT-nin mütəxəssisləri ilə görüş keçirəcək. Qarşılıqlı təhsil və potensial maraq sahələri istiqamətində birgə fəaliyyət il boyu davam edəcək. “Petkim” 2500 nəfərlik əməkdaşını, 2017-ci ildəki 7 milyard türk lirəsindən artıq ümumi satışlarını, sektordakı qabaqcıl mövqeyini və təcrübəsini MİT-nin qlobal tədqiqat-inkişaf və mühəndislik layihələrindəki təcrübə dəstəyi ilə daha da inkişaf etdirməyi hədəfləməkdədir.

MİT sənaye sektorunun qabaqcıl şirkətləri ilə dünyadakı problemlərin müzakirəsi və problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərmək üçün əlaqələr quraraq, sənaye və ictimaiyyət üçün faydalı olacaq əhəmiyyətli işlərə imza atmaqdadır. MİT-nin bu missiyası çərçivəsində yaradılan Sənaye Əlaqələndirmə Proqramı hər sektor üzrə qabaqcıl şirkətlərlə birgə məhsuldar nəticə yaratmaq üçün davamlı olaraq inkişaf etdirilən vacib bir layihədir. Bununla da “Petkim” İLP üzvlüyü ilə MİT-dəki tədqiqat məsələlərini əhatə edən və öz sektorunda qabaqcıl 250 qlobal şirkət arasında öz yerini alıb.

Tarix
2018.08.13 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla