Yuxarı

Bədbin proqnoz: Yeni “neft şoku” hazırlanır…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Çin arasındakı danışıqlar yenidən gərgin mərhələyə qədəm qoyub. Belə ki, Tramp administrasiyası gələn il 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisi tətbiq etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspertin sözlərinə görə, ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi vergi Asiyanın aparıcı iqtisadiyyatı üçün 0.7 faizlik mənfi təsir deməkdir:

“Rəsmi Pekin cavab addımları haqda düşünür. Bununla belə, reallıq bundan ibarətdir ki, Tramp adiminstrasiyasının yeni gömrük vergi siyasəti 2020-ci ildə növbəti qlobal böhrana səbəb ola bilər. Belə ki, Ağ Ev Çinlə yanaşı, həmçinin öz müttəfiqləri olan Kanada və Avropa Birliyinə də yeni vergilər tətbiq edir. İldə 162.2 milyard dollarlıq neft idxal edən Çin qlobal neft tələbinin 18.6 faizini formalaşdırır. Bu isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbin də azalmasına gətirib çıxaracaq. Qlobal ticarət müharibəsinin digər tərəfində olan ABŞ isə 139.1 milyard dollarlıq neft idxalı ilə bazara çıxarılan ümumi “qara qızıl”ın 15.9 faizini alır. Qlobal böhran baş verəcəyi halda yenidən neftə tələb azalacaq və bu da 2020-ci ildə “qara qızıl”ın qiymətində enişlə müşahidə ediləcək.

Digər tərəfdən, şist neft hasilatındakı artım fonunda OPEK+ neft hasilatının gündəlik 1 milyon barrel artırılması ilə bağlı bu yay verdiyi qərarının davamı olaraq yenidən hasilatı çoxaltmağı düşünür. Bunlar isə neft bazarı üçün qiymət baxımından yaxşı nəsə vəd etmir. Bu arada Rusiya Mərkəzi Bankının sədri də neftin 1 barrelinin qiymətinin yaxın 2 ildə 55 dollaradək azalacağı ilə bağlı proqnozunu bölüşüb. Qlobal ticarət müharibləri və neft hasilatının artırılması fonunda yeni “neft şokunun” yaranması riskləri güclənməkdədir”.

Tarix
2018.09.18 / 11:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla