Yuxarı

Əhalinin banklarda nə qədər pulu var?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il avqust ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 049,5 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,5 faiz azalıb.

2018-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 170,7 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 9 milyard 783,9 milyon manatı və ya 80,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 782,1 milyon manat olub və ümumi kredit portfelinin 14,6 faizini təşkil edib.

Tarix
2018.09.19 / 01:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla