Yuxarı

Dollar krediti olanlarla bağlı qərarın – Şərhi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiya Məhkəməsi başqa cür qərar verə bilməzdi.

Bunu Axar.az-a Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı qərarını şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Konstitusiya Məhkəməsi başqa cür qərar verə bilməzdi. Çünki Mulki Məcəllədə belə bir bənd var ki, milli valyuta devalvasiyaya uğrayandan sonra da kreditlər yeni qayda ilə hesablanır. Qərara əsasən dollarla kredit götürənlər indiki məzənnə ilə ödəniş etməlidirlər”, - deputat bildirib.

Millət vəkili son zamanlar bankların dollarla olan kreditlərə münasibətində müəyyən dəyişikliklərin olduğunu bildirib:

“Bu məsələ ilə bağlı mənə minlərlə ərizə daxil olur. Edilən müraciətlərin əksəriyyətini banklara göndərirəm, mütəmadi olaraq idarə heyətlərinin sədrləri, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə danışıqlar aparıram. Banklar dollarla olan kreditlərlə əlaqədar müəyyən gözəştlərə gedirlər. Belə ki, kreditlərin verilmə vaxtını uzadır, borcların 1.05 məzənnə ilə qaytarılmasına şərait yaradırlar. Müəyyən qədər imkanı olan banklar bu sahədə müsbət addımlar atırlar”.

İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 422-ci maddəsini şərh edən qərarından sonra xarici valyutada götürülmüş kreditlər ödəniş edilən günə olan kursla ödənilməlidir:

“Yəni bank güzəşt tətbiq etməyibsə, hansı məzənnə ilə kredit götürülməsindən asılı olmayaraq, borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir. Bu isə o deməkdir ki, dollar keditləri üzrə müqavilə şərtlərinin dəyişdirilməsi yalnız bank ilə müştərinin birgə razılığı nəticəsində mümkündür”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 422-ci maddəsinin şərh edən qərar qəbul edib.

Tarix
2018.09.22 / 14:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla