Yuxarı

ABŞ sanksiyaları: Milyardlar Moskvaya qayıdır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar rusiyalı iş adamlarını öz aktivlərini təcili şəkildə yerli banklara köçürməyə məcbur edir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Məlumata görə, bu proses milyarderlər Oleq Deripaska və Viktor Vekselberqin sərt sanksiyalardan qısa zaman ərzində milyardlarla dollar itirməsindən sonra başlayıb.

“Bu hadisə göstərdi ki, beynəlxalq biznes bir anın içində diz çökdürülə bilər. Bu, sözün əsl mənasında bir çox maqnatın gözünü açdı”, - “BCS Global Markets”in eksperti Vyaçeslav Smolyanin deyib.

Nəşrə görə, hazırda Rusiyaya qayıdan vəsaitlərin həcmini təyin etmək çox çətindir. Belə ki, bir qədər əvvəl “Sberbank” korporativ depozitlərin həcminin yanvar-avqust periodunda 98 milyard dollara çatdığını açıqlayıb. Bu isə kapitalın geri qayıtması anlamına gəlib.

Bir çox rus milyarder ticarət hesablaşmalarında dollardan imtina edərək, daha əlverişli valyuta axtarışına başlayıb.

Tarix
2018.09.23 / 11:32
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla