Yuxarı

Energetika naziri Barkindo və Əbdüləzizlə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairdə OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEk) baş katibi Məhəmməd Sanusi Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə qlobal neft bazarının hazırki vəziyyəti və OPEK+ formatının institutlaşdırılması məsələləri müzakirə edilib. OPEK Katibliyi ilə Energetika Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Görüşdə həmçinin OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan toplantısı barədə fikir mübadiləsi aparılıb. Görüşdə Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez də iştirak edib. Baş katib 2019-cu ildə OPEK-ə Venesuelanın sədrlik edəcəyi barədə məlumat verib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə baş tutan görüşdə isə OPEK+ əməkdaşlığının nəticələri, neftin qiyməti və neft bazarının inkişafına dair gözləntilər nəzərdən keçirilib. Bildirilib ki, neftə qlobal tələbatın artması, eləcə də neftin qiymətinin 75-80 dollar civarında olması bazarda müşahidə edilən müsbət proseslərdir. Bu vəziyyət neft sektorunu investisiyalar üçün yenidən cəlbedici edir.

OPEK+ Nazirlərinin neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı iyunda qəbul etdikləri qərar bazarda artan tələbat və azalan təchizat prosesinin nizamlanması baxımından mühüm addım kimi qiymətləndirilib. Söhbət zamanı ötən dövr ərzində öhdəliklərin icrasında əhəmiyyətli dəyişikliyin baş verdiyi, ilin sonuna kimi hasilatın artırılmasının nəzərdə tutulmadığı qeyd edilib.

O da vurğulanıb ki, neft tədarükündə mövcud kəsirin könüllülük prinsipi əsasında ölkələrin hasilat imkanlarına uyğun aradan qaldırılması daha məqbul görünür. Bazarda hər hansı böhran vəziyyəti yaranacağı təqdirdə hasilatla bağlı yeni bir qərarın qəbuluna isə ancaq 2019-cu ildə baxıla bilər. Neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və sabitliyin təmin edilməsi üçün bazarın gələcəkdə də tənzimlənməsi vacibdir. Bu məqsədlə OPEK+ ölkələri yeni əməkdaşlıq mexanizmi üzərində iş aparır.

Tarix
2018.09.23 / 18:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla