Yuxarı

Qiymətlərin qalxmasının iqtisadi əsasları varmı? – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün benzinin və neft məhsullarının qiymətinin qalxması barədə Tarif Şurasının qərarı qüvvəyə mindikdən sonra Vüqar Bayramova rəy bildirməsi üçün etdiyimiz müraciətə iqtisadçı-ekspert bir müddət əvvəl qələmə aldığı fikirlərini yenidən təqdim etməklə cavab verdi. Ekspert münasibətinin maraqlı olduğunu nəzərə alıb, yazını təqdim edirik:

"Son zamanlar müzakirə edilən məsələlərdən biri də Azərbaycanda benzinin qiymətinin yüksəldilməsidir. Neft istehsal edən ölkədə benzinin qiymətinin yüksəldilməsinin gündəmə gətirilməsi məsələsi iqtisadi baxımdan əsaslandırılıbmı?

Əvvəla, neft ölkələrində benzinin qiymətinin yüksəlməsi və ya ümumiyyətlə dəyişdirilməsi heç də bütün hallarda və əslində əksər məqamlarda bazarın diqtəsi ilə baş vermir. Bunun səbəbi sadədir: neft ölkələrində benzinin qiymətini heç də Nyu York birjasında alıcıların hansı qiymət ödəməsi deyil, hasil edilən neftin maya dəyəri müəyyənləşdirilir.

İkincisi, benzin strateji məhsul olduğu üçün onun qiymətinin artırılması yalnız sadəcə sənaye və aqrar sektorda xərclərin artmasına deyil, eyni zamanda, digər istehlak məhsullarında psixoloji qiymət artımlarına səbəb olur.

Nəhayət, benzinin qiymətinin artırılması büdcə daxil olmalarının strukturunda hər hansı dəyişikliklərə səbəb olmadığı üçün bu dəyişikliyin fiskal təsirləri olduqca zəifdir.

Bu zaman sual yaranır:

Hal-hazırda benzinin qiymətinin artırılmasına ehtiyac varmı?

Cavab sadədir: yeni qiymət artımlarının iqtisadi bazası yoxdur. O zaman sual oluna bilər: niyə? Bu sualin da cavabı sadədir:

Əvvəla, Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkədir. Benzinin pərakəndə qiymətində biz Xəzəryanı regionda yalnız Rusiyaya uduzuruq: Rusiyada benzin Azərbaycan ilə müqayisədə 7 sent baha satılır. Bununla belə, ölkəmizdə müqayisə edilən benzinin qiymətinin 77 sent olduğunu nəzərə aldıqda oxşar benzin Qazaxıstanda 71, Türkmənistanda 22 sentə təklif edilir. İranda isə əvvəllər 9,7 sentə təklif edilən benzinin 1 litrinin qiyməti sanksiyaların tətbiqindən sonra 48 sentədək yüksəlsə də, yeni qiymət də bizdəkindən 38 faiz ucuzdur. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır.

İkincisi

Azərbaycan benzinin 1 litri 77 sentə təklif edildiyi halda Amerika Birləşmiş Ştatlarında bu göstərici cəmi 75 sentdır. Nefti idxal edən və orta aylıq əmək haqqı Azərbaycan ilə müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman Azərbaycanda yeni qiymət artımlarını əsaslandırmaq çox çətindir.

Üçüncüsü

Faktiki olaraq, hal-hazırda ölkəmizdə benzin istehsalı və satışı subsidiya almayan sektordur. Bu isə o deməkdir ki, benzinin satış qiyməti onun istehsal xərcindən çoxdur. Bu isə indiki qiymətlər ilə benzin satışının mənfəətli olmasına imkan verir. Ona görə də tənzimlənən qiymətlər siyahısına daxil edilən benzinin satışı gəlirli olduğu üçün qiymət artımlarının müzakirə mövzusuna çevrilməsi məqsədə uyğun deyil.

Dördüncüsü, benzinin istehsal xərclərində hər hansı və eləcə də neftin dünya bazar qiymətində kəskin dəyişikliklər olmadığı halda qiymət artımları üçün iqtisadi əsas tapmaq mümkün deyil.

Beşincisi

benzinin pərakəndə qiymətinin sadəcə neft ölkələri ilə müqayisəsi göstərir ki, biz heç də hətta indiki qiymətlər ilə benzini ucuz qiymətə satmırıq. Təbii ki, Venesuelada benzinin 1 litrinin 1 sentə satılması heç də doğru təcrübə olmasa belə, Səudiyyə Ərəbistanının da benzinin qiymətinin 16, Birləşmiş Ərəb Əmirliyində 44 və hətta Misirdə 46 sent olduğunu da müqayisə üçün nəzərə almalıyıq.

Altıncısı

Azərbaycanda benzinin qiymətinin Avropa ölkələri ilə müqayisə edilməsi iqtisadi baxımdan uğurlu deyil. Çünki benzinin qiymətinin müqayisəsi ilə yanaşı, benzin xərclərinin əhalinin gündəlik və illik xərclərindəki payına diqqət yetirmək lazımdır. Məsələn, litri 2,15 dollara satılan İtaliyada benzinin əhalinin illik gəlirində payı cəmi 1,65 faizdir. Və ya Fransa üçün uyğun göstəricilər 2.03 dollar və 0,85 faizdir. Əgər əksər Avropa ölkələrində benzin xərcləri əhalinin gəlirlərinin 2 faizindən aşağıdırsa, o zaman bunun sosial təsirləri hiss ediləcək dərəcədə deyil. Qeyd edim ki, bu göstərici Azərbaycan üçün 3,72 faizdir.

Nəhayət

Əgər Azərbaycan "Avro 2" standartlarına uyğun benzin təklif edirsə, inkişaf etmiş ölkələrdə "Avro 5" standartlarına uyğun benzin satılır. Bu halda hətta mövcud keyfiyyətlər də qiymətlərin inkişaf etmiş ölkələr üzrə tam müqayisəsinə imkan vermir.

Deməli, bu gün benzinin qiymətinin artırılmasına deyil, onun keyfiyyətinin yüksəldilməsinə diqqət ayırmaq lazımdır".

Tarix
2013.12.03 / 10:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla