Yuxarı

Baş redaktorlar benzinin bahalaşmasına nə dedi? - Reaksiya

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıya motosikletlərin gətirilməsinə başlanılmalı, velosipedlərin hərəkəti üçün yollar çəkilməlidir, şəxsən mən benzinin qiymətinin artmasına etirazımı motosiklet almaqla göstərmək niyyətindəyəm. Həm təmiz hava almaq, həm də tıxacdan canı bu cür qurtarmaq olar. Bundan əlavə, cibimə də qənaət etmiş olaram".

Bunu benzinin qalxması xəbərinə reaksiya olaraq "Qafqazinfo" xəbər portalının Baş redaktoru Elbrus Ərud sosial şəbəkədəki profilində yazıb. Bu statusdan sonra maraqlandıq: görəsən, Baş redaktorlar benzin bahalaşmasını necə kompensasiya etmək niyyətindədirlər?

Fayton

"Ann.az" xəbər portalının baş redaktoru Zahir Əzəmət də məsələyə satirik yanaşdı. "Axar.az"a danışan redaktor dedi ki, Bakıda kütləvi olaraq faytonlardan istifadənin tərəfindədir:

"Görünən odur ki, Bakıya texnika yaraşmır, bizimki elə qədim şeylərdi. Nə maşın, nə motosiklet? Təklif edirəm ki, paytaxtda faytonlardan istifadə olunsun".

Baş redaktor həmkarı Elbrus Ərudun təklifinə də belə cavab verdi:

"Elbrus etiraz kampaniyası kimi motosikletlərdən istifadəni təklif edir. Anlamıram, o motosikletlər su ilə çalışacaq? O da benzinlə işləyir də..."

Piyada

"Etatist.com" saytının Baş redaktoru Şəhriyar Məcidzadə benzinin qiyməti ilə bağlı verdiyi təklifləri sadalayarkən dedi ki, redaktorlar elə kampaniya başlatmalıdır ki, bu, cəmiyyətə də mesaj olsun:

"Bütün redaktorlarla birlikdə işə kollektiv olaraq, piyada getməyi təklif edərdim. Biz maşını olmayan və ya maşını olub da bu bahalaşmada maşın sürməyi tədricən unudacaq ölkə vətəndaşının halını media qurumlarının simasında göstərmiş olarıq".

Velosiped yaxşıdır

"Aznews.az" saytının Baş redaktoru Elçin Zahiroğlu da Elbrus Ərudun təklifini məqbul saymadığını dedi:

"Motosiklet yaxşı variant deyil - həm benzini var, həm də yağı, axı, neft məhsullarının da qiyməti qalxıb, deməli, maşın yağı da qalxıb. Fayton da uğurlu deyil. At bəyəm yem yeməyəcək? Benzinin qiyməti mütləq yemə də təsir göstərəcək. Hələ faytonu saxlamaq üçün "qarajı" demirəm. Ən yaxşı variant velosipeddir - nə yağ yeyir, nə də benzin. Güc düşür özümüzə. Həm də bu gün Parlamentdə də velosiped yolu məsələsi gündəmə gəldi. Deməli, tıxac da olmayacaq".

Baş redaktor artan qiymətlərə yumorla yanaşmağın əslində pozitiv olmasından ruhlandığını da söylədi:

"Əgər bizlər artan qiymətlərə aqressiya yox, bir az yumor, bir az da ağılla yanaşırıqsa, bunun özü cəmiyyətdəki pozitivlikdən irəli gəlir. Benzin hara qalxır qalxsın, təki bu qalxmalar - sərvətimizin nüfuzunun qalxması ilə, vətəndaşların əhval-ruhiyyəsi, həyat şəraiti ilə düzmütənasüblük təşkil etsin".

Tarix
2013.12.03 / 17:28
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla