Yuxarı

“Kapital Bank”la “Ürəklər” toplayıb, hədiyyə qazanın!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” BirBank tətbiqi istifadəçiləri üçün növbəti yeniliyini təqdim edib. Artıq tətbiqin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “ürək” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Axar.az xəbər verir ki, BirBank vasitəsilə “Kapital Bank”a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşulmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Qeyd edək ki, BirBank-a qoşulmaq istəyənlər 1 dəqiqə vaxt sərf edərək, istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız “Kapital Bank”ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s.

Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə "Kapital Bank"ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 10 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2018.11.12 / 10:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla