Yuxarı

ABŞ-ın arzusu reallaşır: Neft yenidən “çökür”…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə dünya bazarına əlavə 2 milyon barrel neft çıxarılacağı proqnozlaşdırılır.

Axar.az xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“Oktyabrın əvvəlində neftin 90-100 dolları ötəcəyi gözlənilirdi. Həmin dönəmdə neftin qiyməti 85 dollar idi. Ancaq dünən yerli vaxtla 20:35-də “Brent” markalı neft London birjasında bu ilin ən aşağı qiymətinə - 64.87 dollara satıldı. Təbii ki, bu da səbəbsiz deyil. OPEK bazara reallıqda daha çox neft çıxarıldığını, İran və Venesuelanın azalan neftinin tələb-təklif qarşılığında indiki qiymətləri tənzimləmək iqtidarında olmadığını açıqladı. Məhz bundan sonra neft qiymətləri ucuzlaşmağa başladı. 2019-cu ildə isə dünya bazarına əlavə 2 milyon barrel neft çıxarılması proqnozlaşdırılır ki, bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Ona görə də bazar neftin yenidən 55-60 dollar dəhlizinə qayıtmasına hazırlaşır. Bu, OPEK-in 2 il əvvəl arzusunda olduğu “ədalətli dəhliz”dir. Hər halda ABŞ da bunu arzulayır”, - ekspert bildirib.

Qeyd edək ki, dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

“Brent” markalı neftin bir barrelinin qiyməti 4 dollar geriləyərək 65,22 dollara, VTİ markalı neftin bir barrelinin qiyməti isə 3 dollar civarında azalaraq 55,33 dollara düşüb.

Tarix
2018.11.14 / 12:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla