Yuxarı

“Sakso Bank” gələn ilin “şok proqnozlarını” verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın “Sakso Bank”ı gələn il dünya iqtisadiyyatına böyük təsir göstərəcək “ən az ehtimal olunan hadisələr”in siyahısını təqdim edib.

Axar.az xəbər verir ki, bankın hesabatında gələn il ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin rəhbəri Cerome Paueli istefaya göndərəcəyi yer alıb. Bu addım 2019-cu ilin yayında ABŞ iqtisadiyyatında dərin uçurumun yaranmasına səbəb ola bilər.

Digər ssenariyə əsasən isə “Əpl” şirkəti “Tesla” elektrik avtomobil istehsalçısını şirkətin öz dəyərindən 40% yüksək alacaq. Bundan sonra “Əpl” Avropa və Çində elektromobil istehsalı zavodu tikəcək ki, bu da onun elektromobil istehsalında lider olmasına gətirib çıxaracaq.

“Sakso Bank” həmçinin gələn il nəqliyyat vergisinin tətbiq olunacağını və nəticədə daşımaların qiymətinin artacağı da vurğulayıb. Digər şoka salan proqnozların isə kosmik gəmiləri sıradan çıxaracaq Günəş burulğanları, Breksitlə bağlı təkrar səsvermə və Almaniya iqtisadiyyatında durğunluq olacağı bildirilib.

Bir daha qeyd edək ki, bu, ən az ehtimal olunan “şok proqnozlar”dır.

Tarix
2018.12.04 / 17:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla