Yuxarı

"Fitç" qarşıdakı 2 il ərzində iqtisadi artım tempini açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal iqtisadi artım zəifləyir və daha az balanslı olur. Eyni zamanda, xüsusilə 2020-ci ildə azalma riskləri ilə bağlı ehtimallar yüksəlir.

Report xəbər verir ki, bu barədə "Fitç" beynəlxalq reytinq agentliyinin "Qlobal Ekonomik Outluk" icmalında bildirilir.

Agentliyin baş iqtisadçısı Brayan Kulton (Brian Coulton) bildirib ki, hələlik dünya iqtisadiyyatı yüksək templərlə böyüyür, bununla belə qlobal artım mənzərəsində tənəzzül əlamətləri təzahür etməyə başlayır.

“Avrozonada artımla bağlı xəyallar yenidən puç olur, dünya ticarəti yavaşlayır və Çində iqtisadi artım tempinin azalması artıq proqnoz yox, faktdır”, - deyə B. Kulton əlavə edib.

İcmalda həmçinin bildirilib ki, dünyanın aparıcı üç iqtisadiyyatında artım dinamikası daha fərqli hala gəlir: “ABŞ-da iqtisadiyyat əvvəlki illə müqayisədə artmaqdadır, bununla yanaşı avrozona və Çində artım temləri aşağı düşür".

"Fitç"in analitikləri hesab edir ki, bu il və gələn il qlobal iqtisadi artım proqnozları dəyişməyəcək. Onların fikrincə, 2018-ci ildə qlobal iqtisadi artım 3,3%, 2019-cu ildə 3,1%, 2020-ci ildə isə 3% təşkil edəcək.

Tarix
2018.12.05 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla