Yuxarı

OPEK-dən yekun qərar: İstehsal azaldıldı - Bakıdan dəstək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.12.07. 17:27

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib.

Energetika Nazirliyindən Axar.az-a bildirilib ki, yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEK üzvləri 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.

Dünya neft bazarının nizamlanması prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın azaldılması sazişinə qoşulub. Oktyabr ayında gündəlik neft hasilatı 783 min barrel olan Azərbaycan müvafiq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barrel həcmində saxlamalıdır.

Yeni qərarı şərh edən Energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi və neftin qiymətinin sabitləşməsi üçün OPEK+ ölkələrinin bu qərarını yüksək qiymətləndirib: “Son vaxtlar siyasi və iqtisadi amillərin təsiri ilə neftin qiyməti ucuzlaşırdı və proses davamlı xarakter alırdı. Bazarda istehsalın istehlakı üstələməsi və dünya iqtisadiyyatında zəifləmə prosesinin gələn il üçün də proqnozlaşdırılması neftin ucuzlaşmasını təmin edirdi. Neft bazarına yeganə dəstəyi ancaq OPEK+ ölkələri verə bilərdi. Bugünkü qərar neft istehsalçıları, ümumən neft bazarı və neft sənayesinin inkişafı üçün çox mühüm bir addım oldu”.

Qeyd edək ki, OPEK+ ölkələri tərəfindən gündəlik neft hasilatının 6 ay müddətinə azaldılması nəzərdə tutulub.

Tarix
2018.12.08 / 00:04
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla