Yuxarı

ABŞ-ın neft istehsalında ilk yaşandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft bazarının ən azından yaxın perspektivini izləmək üçün ABŞ-ın neft sektorunda baş verən proseslərə diqqət yetirmək çox vacibdir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev qeyd edib.

“ABŞ artıq son dövrlər istehsal həcminə görə Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq, dünyada lider hasilatçı statusu qazandı. ABŞ üçün daha bir əlamətdar hadisə isə son 75 ildə ilk dəfə olaraq xalis neft ixracatçısına çevrilməsi idi. Yəni ilk dəfədir ki, ABŞ-ın neft və neft məhsullarının ixracı idxalını üstələyib. Ötən həftə ixracın gündəlik həcmi idxalı 211 min barrel keçib. Düzdür, ekspertlər hesab edir ki, bu müvəqqətidir və ABŞ-ın neftə tələbatı o qədər böyükdür ki, hələlik mövcud ixrac potensialı ortamüddətli dövrdə xalis ixracat tempini saxlamağa imkan verməyəcək. Amma o da artıq reallıqdır ki, son 13 ildə idxal və ixrac arasındakı fərq 6 dəfədən çox azalıb. Belə ki, əgər 2005-ci ildə ABŞ-ın günlük neft və neft məhsulları üzrə xalis idxalı 12.5 milyon barrel olmuşdusa, 2018-ci ildə artıq şist neft hasilatı nəticəsində bu göstərici 2 milyon barrelə enmişdi. Artıq ötən həftə xalis idxal xalis ixracatla əvəzlənib”, - ekspert bildirib.

Tarix
2018.12.07 / 18:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla