Yuxarı

Yaqub Eyyubov İqtisadi Şuranın iclasında - Moskvada

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 80-ci iclası keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas iştirakçıları əmtəə və xidmətlərin azad mübadiləsi haqqında Saziş layihəsi üzərində işi fəallaşdırmaq, ona “İnvestisiyalar” fəslini əlavə etmək barədə qərar qəbul ediblər, “MDB-nin iştirakçısı olan dövlətlərdə rəqabətli siyasətin formalaşdırılması” mövzusunda məruzəni müzakirə ediblər və tövsiyə ediblər ki, MDB ölkələrinin əlaqədar nazirlik və idarələri onun müddəalarını nəzərə alsınlar.

2020-ci ilə qədər olan dövrdə Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramı çərçivəsində innovativ fəaliyyətin monitorinq sistemi haqqında Əsasnamə və innovasiyaların kommersiyalaşdırılması mərkəzləri şəbəkəsinin yaradılması haqqında Əsasnamə də təsdiq edilib.

İclas iştirakçıları dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası və 2018-ci fraxt ili üçün dəmir yollarının tarif siyasəti haqqında MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi barədə informasiyanı müzakirə ediblər, malın mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsini bəyəniblər.

İclasda 2018-ci ildə Tacikistan Respublikasının MDB-yə sədrliyinin iqtisadi gündəliyinə yekun vurulub. İqtisadi Şura üzvlərinə 2019-cu ildə MDB-yə Türkmənistanın sədrliyi Konsepsiyası təqdim edilib.

Bundan əlavə, bir sıra büdcə-maliyyə və təşkilati məsələlər müzakirə olunub.

MDB İqtisadi Şurasının növbəti iclası 2019-cu il martın 15-də Moskvada keçiriləcək.

Tarix
2018.12.07 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla