Yuxarı

Nazir açıqladı: Neft hasilatını azaldırıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya gələn ildən neft hasilatını mərhələli şəkildə azaldacaq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Proqnozlarımıza uyğun olaraq, bu ilin oktyabr ayındakı sutkalıq hasilat göstəricisi ilə müqayisədə istehsalı 50 və ya 60 min barrel arasında azaltmaq yolunda irəliləyirik. Gələn aydan neft istehsalının azaldılması əsasən iqlim və texniki imkanlardan asılı olacaq. Şirkətlərin də təkliflərini alacağıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, ötən həftə Vyanada OPEK və OPEK+ ölkələrinin nazirlərinin V toplantısında neft istehsalının gündəlik 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə edilib. Rusiya bu razılığa əsasən, sutkalıq neft hasilatını 228 min barrel azaltmağı nəzərdə tutur.

Tarix
2018.12.11 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla