Yuxarı

Mərkəzi Bank bu əsginazın taleyinə aydınlıq gətirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı son günlər mətbuatda və xəbər portallarında 500 avro nominallı pul nişanı ilə bağlı dərc olunmuş məlumatlarla bağlı açıqlama yayıb.

AMB-dən Axar.az-a verilən məlumata görə, Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixdə 500 avro nominallı əsginazın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib.

Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırlacağı bildirilib.

Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınıb

Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturularının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilmiş, bütün digər nominallı avro əsginazlar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.

Tarix
2018.12.12 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla