Yuxarı

İlham Əliyev məscidləri qaz pulundan azad etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.
Bəs, bunun icra mexanizmi necə olacaq? İstifadə edilən qazın pulunu dini məbədlərin əvəzinə kim ödəyəcək?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi məlumatına əsasən, dini məbədlərin istilik sisteminə təbii qazın pulsuz verilməsi Prezidentin birbaşa SOCAR-a tapşırığıdır. Yəni bu məsələnin icrası SOCAR-a həvalə olunub. Əgər Prezidentin bununla bağlı Sərəncamı olsaydı və orada Nazirlər Kabinetinə göstəriş verilsəydi ki, buradan irəli gələn məsələləri həll etsin, onda müvafiq qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə vəsait ayrılardı ki, onun vasitəsilə SOCAR-ın borcu ödənilsin. Buradan isə belə məlum olur ki, bundan sonra hər bir dini məbədin qaza olan xərcləri SOCAR tərəfindən ödəniləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasında hazırda 2 minə yaxın dini məbəd mövcuddur.
Tarix
2013.10.19 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla