Yuxarı

"Lukoyl" Norveç yataqlarını ələ keçirmək istəyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Lukoyl" şirkəti Norveçin kontinental şelfindəki yataqların işlənməsi hüququna mailk olmaq üçün 23-cü lisenziya raundunda fəal iştirak etmək niyyətindədir.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə "Lukoyl Overseas North Shelf" AS-ın baş direktoru Leonid Surquçev məlumat verib.

"Biz həmçinin uzaq iştirakçı kimi üçölçülü seysmik konsorsiuma da qatılmışıq. Bu konsorsiuma Barens dənizinin üç zonası üzrə 33 şirkət qoşulub və biz Barens dənizinin mərkəzi hissəsinin detallı regional tədqiqi ilə məşğul oluruq... Hər bir şirkət öz rayonuna cavabdehdir. Hazırda biz bu seysmikin interpretasiyasına başlamışıq", - seyə Surquçev bildirib.

Onun sözləriə görə, şirkət bu ilin sonuna gözlənilən 23-cü lisenziya raundunun və sərgiyə çıxarılacaq blokların siyahısının rəsmi elan edilməsini gözləyir. "Əsas fokus – Barens dənizidir. Biz bu raundda fəal iştirak etməyi planlaşdırırırq", - Surquçev Norveç-Rusiya biznes forumunda çıxış edərkən deyib.

Xatırladaq ki, "Lukoyl" 2013-cü ilin iyununda Norveç Neft və Energetika Nazirliyinin keçirdiyi 22-ci lisenziya raundunun nəticələrinə əsasən, Barens dənizinin Norveç sektorunda iki layihənin iştirakçısı olub.

Tarix
2014.12.11 / 18:38
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla