"2010-cu ildən etibarən
Azərbaycanda neft hasilatının azalmasına şahidlik etməyə
başladıq".
Axar.az xəbər verir ki, bu fikir OPEC-in 2014-cü il üçün
açıqladığı hesabatda əksini tapıb.
Qurum Azərbaycanda neft hasilatının getdikcə daha da azalacağını
açıqlayıb:
"2010-cu ildə Azərbaycan hər gün 1,07 milyon barrel neft hasil
edirdi, amma sonra istehsalda azalma müşahidə etdik. 2011-ci ildə
bu rəqəm günə 0,95 milyon barrelə, 2012-ci ildə 0,90 milyon barrelə
və nəhayət 2014-cü ildə 0,87 milyon barrelə düşüb".
Qurum hesabatında 2018-ci il üçün Azərbaycanla bağlı
proqnozlarını da açıqlayıb:
"Şahdəniz" layihəsinin ikinci mərhələsi də gecikib və son tarix
2018-ci il göstərilib. Amma bundan sonra da gecikmələr mümkündür.
2019-cu il üçün Azərbaycanda neft hasilatının günə 0,8 milyon
barrel olacağını ehtimal edirik".