Yuxarı

Dollar ucuzlaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dollar son bir ayda kəskin yüksəlişdən sonra ABŞ Mərkəzi Bankının (FED) uçot dərəcəsini yavaş artıracağı barədə sözləri ilə dünyanın önəmli valyutaları qarşısında ucuzlaşır.

Axar.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, dolların dəyəri 0,2 faiz geriləyərək 1,198 bala enib.

Dollar yapon yeninə nisbətən 0,4 faiz ucuzlaşaraq 119,61 yen olub. Dollar avro qarşısında da dəyər itirib. Belə ki, 1 avro 1,0770 dollara yüksəlib.

Analitiklər dolların ucuzlaşmasında Çinin emal sənayesinin yenidən inkişafa keçməsinin də böyük payı olduğunu bildirirlər. Məhz Çinin emal sənayesinin inkişafı dünyada dollara olan təlabatı azaldıb.

Xatırladaq ki, ABŞ Mərkəzi Bankı ötən ay bəyanatında uçot dərəcəsini sabit saxlayıb. Rəsmilər faiz artımının pilləli şəkildə tətbiq olunacağını və inflyasiya məlumatlarına uyğun addım atılacağını bildiriblər.

Tarix
2015.04.01 / 11:57
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla