Yuxarı

2015-də neft gəlirlərimiz – Araşdırma

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gəlirlər 2007-ci ildəkindən həddən çox, 2008-ci il səviyyəsindən kifayət qədər az olacaq".

Axar.az "Caspian Barel"ə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin Supsa və Ceyhan limanlarından dünya bazarlarına Hasilatın Pay Bölgüsü çərçivəsində öz payına və Azərbaycan dövlətinin payına düşən neftinin ixrac həcmləri 6,9 milyon tondan çox olub:

"Bu, ötən illə müqayisədə təqribən 13 faizə qədər azalma deməkdir. Çünki "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilatda təbii azalma prosesi müşahidə olunur və ildən-ilə neft hasilatının azalması bundan sonra da davam edəcək. "Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloklarında hasilatın pik həddi 2010-cu ilin üçüncü rübündə 810 min barrel səviyyəsində qeydə alınmışdı və ondan sonra istehsal göstəriciləri enməyə doğru yönəlib. Hazırda müqavilə sahəsində gündəlik hasilat təqribən 630 min barrel təşkil edir. İlin sonunda bu göstəricinin 610-605 minədək enməsi mümkündür. Ancaq hazırda günün aktual məsələsi Azərbaycanın neft gəlirləridir. Belə ki, Dövlət Neft Fondunun gəlirlərinin 93%-dən çoxunu "Azəri-Çıraq-Günəşli" yataqlarından satılan mənfəət neftin daxilolmaları təşkil edir. Əgər 2011-ci ildə bu blokdan Neft Fonduna daxil olan gəlirlər 19,03 milyard dollar olmuşdusa, 2014-cü ilin yekunlarına görə bu göstərici 15,1 milyard dollara qədər azalmışdı. Cari ilin ilk rübü ərzində isə "Azəri-Çıraq-Günəşli" yataqlarından Azərbaycana çatan mənfəət nefti 2 milyard dollardan bir qədər artıq olub. Cari ilin birinci rübü ərzində neftin orta ixrac qiyməti də kifayət qədər aşağı olub - heç 56 dollara belə çatmayıb. Məsələn, ötən ilin I rübündə bu göstərici 109,75 səviyyəsində idi".

"Caspian Barel"in proqnozlarına görə, neftin hazırkı qiymət artımı Yaxın Şərqdə və Şimali Afrikada gedən siyasi proseslərlə bağlıdır:

"Aprel ayının nəticələrinə görə, Ceyhan limanından ixrac etdiyimiz BTC FOB Ceyhan markalı neftimizin hər barreli orta hesabla 61,42 dollara satılıb. Mayın ilk həftəsindən isə neftin qiyməti dəyərini daha da artırıb. Ancaq bu qiymət artımı Yaxın Şərqdə və Şimali Afrikada gedən siyasi proseslərlə bağlıdır və bu baxımdan neftin qiymətinin bir qədər sonra yenidən 60 dollar ətrafında stabilləşəcəyi proqnozlaşdırılır. İlin ikinci yarısında 70 dollara qədər artacağı təqdirdə belə, neftin orta illik qiyməti 65 dolları keçməyəcək. Bu isə ötən illə müqayisədə neftin qiymətinin 35% ucuzlaşması deməkdir. SOCAR-ın rəsmi məlumatına görə, 2015-ci ilin I rübünün nəticələrinə görə Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 201,5 min ton azalıb (ümumi hasilat 10,683 mln təşkil edib). Azalma tempi ilin ikinci yarısı "Azəri-Çıraq-Günəşli" yataqlarında həm təbii proseslərlə əlaqədar, həm də "Qərbi Azəri" platformasının təqribən bir aya qədər modernizasiyası ilə bağlı daha da sürətlənəcək".

"Caspian Barel" bildirir ki, neftin qiymətinin artımı faktı onun həcminin azalması ilə kompensasiya ediləcək və ümumi qiymət azalması Azərbaycan üçün, ola bilsin, 40 faizdən də yüksək olsun. Bu baxımdan da Neft Fonduna daxilolmaları cari ildə AÇG üzrə 8,5-9 milyard dollar cıvarında proqnozlaşdırmaq olar.

Tarix
2015.05.08 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla