Yuxarı

Vətəndaşın nə qədər əmanəti qorunur?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmanətlərin Sığortalanması Fondunun sərbəst vəsaitləri qorunan əmanətlərin 2,2 faizini təşkil edir.

Axar.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. Ekspert ƏSF-nin açıqladığı 2015-ci ilin 9 ayının nəticələrini şərh edib:

"Fonddan verilən məlumata görə, hazırda üzv banklar tərəfindən 7 milyon 304 min 127 əmanətçiyə xidmət göstərilir. Onların da 91 faizi qorunan əmanətdir. Qorunan əmanətçilərin 99,6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanıb. Qorunan əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür.

Öhdəlikləri getdikcə artan ƏSF-nin hazırkı şəraitdə çağırışlara cavab verməsi üçün riskləri qarşılaya biləcək sığorta ehtiyatlarının formalaşması çox vacibdir. Çünki yalnız son hesabat dövründə ölkədə qorunan əmanətlərin 2 milyard manatdan çox artdığı halda, həmin dövrdə ƏSF-nin sığorta ehtiyatları 17 milyon manat çoxalıb. Beləliklə də, bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, ölkə üzrə qorunan əmanətlərin həcmi 5 milyard 44 milyon manata, sığorta ehtiyatlarının həcmi 109,4 milyon manata çatıb. Bu da onunla müqayisədə 2,2 faiz təşkil edir.

Göründüyü kimi, Fondun sərbəst vəsaitləri sürətlə artan qorunan əmanətlərlə müqayisədə kiçik məbləğlə ifadə olunur. Bununla yanaşı, onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə məsuliyyət daşımır".

Tarix
2015.11.03 / 13:10
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla