Yuxarı

“Unibank”dan növbəti yenilik

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Unibank" növbəti yeniliyini təqdim edib.

Bankdan Axar.az-a verilən məlumata görə, bankın müştəriləri artıq POS-terminala bir toxunuş etməklə ödənişə imkan verən təmassız "Albalı Plus MasterCard" kartını əldə etmək imkanı qazanacaqlar.

Ödəniş kartları və nağdsız ödənişlər sferasında texnoloji yenilikləri izləyərək öz məhsul çeşidini daima yeniləyən Unibank-dan daha bir xəbər!

Artıq "Unibank" öz müştərilərinə bir toxunuşla ödəniş etməyə imkan verən "Albalı Plus MasterCard" təmassız (contactless) ödəniş kartlarını təqdim etməyə hazırdır! Ötən aylarda öz "Kart Prosessinq Mərkəzi"ni istifadəyə verən "Unibank" ardından "MasterCard" təmassız texnologiyaların dəstəklənməsi üzrə sertifikasiya prosesini də uğurla başa çatdırdı.

"MasterCard PayPass" qabaqcıl texnologiya olub, kartı terminala oxutmadan, ödənişi tək bir toxunuşla həyata keçirməyə imkan verir. Bu cür ödəniş "MasterCard PayPass" loqotipi ilə təchiz olunmuş, yəni həmin funksiyanı dəstəkləyən istənilən POS-terminalda keçərlidir.

Bu texnologiyanın özəlliyi ölkə daxilində 20 manatadək xırda alış-veriş əməliyyatlarının PIN-kod daxil edilmədən yerinə yetirilə bilməsidir. Bu, kart istifadəçilərinin vaxtına qənaətə imkan yaratmaqla, kartdan istifadəni daha da asanlaşdırır. Eləcə də təmassız ödəniş zamanı kartı xidməti personala təqdim etmədən, bilavasitə kart sahibi tərəfindən terminala yaxınlaşdırmaqla yerinə yetirmək imkanı, kart ödənişlərinin güvənliyini daha da yüksəltmiş olur.

"Unibank" artıq seçilmiş partnyor şəbəkəsində təmassız ödənişləri dəstəkləyən POS-terminalların quraşdırılmasına da start verib. Belə ki, bankın başa çatdırdığı sertifikatlaşma işləri təmassız ödəniş kartlarının emissiyası ilə yanaşı, bu cür ödənişləri dəstəkləyən POS-terminallara xidmət olunmasına da imkan yaradır.

"Albalı Plus MasterCard" təmassız ödəniş kartlarını Unibank-ın baş ofisindən əldə etmək olar.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud Feysbuk və Tvitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Tarix
2015.11.04 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla