Yuxarı

Transxəzər reallaşır: Bakı hazırdır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Türkmənistan arasında qaz alışı ilə bağlı qiymət məsələsində hər zaman konflikt olub.

Bu barədə Axar.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban açıqlama verib. Ekspert hesab edir ki, qapalı ölkə Türkmənistan heç kəsə açmadığı qapılarını Çinə çarəsizlikdən açdı:

"Rusiya israrla qazın qiymətini 200 dollaradək salmaq istəyirdi. Aşqabad isə buna getmədi, ona görə də Rusiyaya verdiyi qazın həcmini 2015-ci ildə 4 milyard kub metrə qədər azaltdı. Moskva isə bu səviyyədə qaz almaqdan imtina etdi. Buna görə də Türkmənistan Çinə üz tutdu".

Ekspert Rusiyanın Özbəkistandan qaz almaq istəyinin səbəbini də açıqlayıb:

"Özbəkistanın qaz həcmləri azdır. Burada Rusiyanın iki - "Lukoil" və "Qazprom" şirkətləri fəaliyyət göstərir. Rusiya bu ölkədən 2015-ci ildə cəmi 1 milyard kub metr qaz alıb. Qaz alışı sözügedən şirkətlərin hasilatın pay bölgüsü sazişləri çərçivəsindəki payları hesabına da aparıla bilər. Bu isə kommersiya məqsədli deyil, tərəflərə sərf edən qiymətlərlə olacaq. Ona görə də türkmən qazı ilə özbək qazının alışı arasında meyarlar başqadır".

İlham Şaban Transxəzər layihəsinin reallaşması üçün əlverişli şansın yarandığını deyib:

"Türkmənistan dekabrın sonunda Qərb-Şərq boru kəmərini istismara verdi. Ölkənin zəngin qaz yataqları yerləşən şərq hissəsi Xəzər bölgəsi ilə birləşir. Bütün texniki proseslər buna dəlalət edir. Azərbaycan da tranzit ölkə olaraq bu layihəyə öz töhfəsini verməyə hazırdır. Satışla bağlı da heç bir problem yoxdur. Əsas məsələ alıcıların tapılmasıdır".

Tarix
2016.01.07 / 09:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla