Yuxarı

Bu ölkələrin valyutaları bahalaşacaq – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin iqtisadiyyatında gözlənilən geriləmə dolların bahalaşması ilə neftin qiymətinə ilk kəskinzərbə oldu.

Bu barədə Axar.az-a iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib. Onun sözlərinə görə, yuanın ard-arda iki gün aşağı salınması ciddi mesaj idi:

"Hazırda bazar iştirakçıları yaranmış situasiyaya uyğun olaraq mövqe sərgiləməyə çalışırlar.Dünya Bankının 2016-cı il üçün iqtisadi artım tempini aşağı çəkməsi isə ikinci böyük zərbə oldu. Federal Ehtiyat Sistemi (ABŞ FES) 2016-cı ilin yanvarın 6-da açıqlama verərək, uçot dərəcəsini 4 dəfəyə yaxın artıracağını bildirdi. Bu, bazarlaraciddi təsiretdi. ABŞ neftinin ilk dəfə olaraq Avropa sahillərinə çatması, bir çox neft ölkəsinin hasilatı azaltmamaqla bağlı qərarı, təklifin tələbdən üstün olması, OPEK-inmaksimal hasilatlimitini aradan qaldırması2016-cı ildə neftin kəskin ucuzlaşmasını labüd etdi. Bu özünü ilk növbədə neft ixrac edən ölkələrin valyutasında göstərdi. Eyni zamanda, ilin yekunları ilə bağlı məlumatlarda xarici ticarətdəmənfi saldonun böyüməsi, müsbətlərin isə həddən artıq kiçilməsi istiqamətində nəticələrin ortaya çıxması da beynəlxalq bazarda mənzərəni dolların xeyrinə dəyişdi".

Ekspert neftin kəskin ucuzlaşmasınındayanacağını və bahalaşmanın başlayacağını proqnozlaşdırıb:

"Son iki gündə yaşananlar daha çox ilkin reaksiyalardır. Növbəti həftə məzənnələrdə, neftin qiymətində bahalaşma olacaq".

İqtisadçı hazırkı prosesin çox mürəkkəb olduğunu, böyük ehtimalla, ABŞ FES-in məsələyə müdaxilə etməyə cəhd göstərəcəyini bildirib:

"Dolların kəskin möhkəmlənməsi ABŞ-ın xeyrinə deyil. Yanvarda ölkənin mənfi ticarət saldosu daha da böyüdü və kənd təsərrüfatı xaricində çalışanların sayı ciddi şəkildə artdı. Bu, daxili istehsalın ixrac imkanlarını məhdudlaşırır. Digər ölkələrin valyutalarının dəyər itirməsi iqtisadi sabitliyi pozur. Nəticədə dünyada formalaşan məcmu tələbdə dövlətlərin mövqeyi zəifləyir. Bu isə dünya iqtisadiyyatında narahatlıq yaradan və tələbin aşağı düşməsinə gətirən amildir. Hazırkı prosesdən çıxış üçün cəhdlər olacaq. Ancaq situasiya daha çox investorların məsələyə yanaşmasından, mərkəzi bankların və hökumətlərin rəftarından asılı olacaq".

Tarix
2016.01.08 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla